CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Rəhimov: "Ölüm hökmünün icrası tarixən tibb və bioetika ilə sıx bağlı olub"

© AZƏRTAC23-cü Dünya Tibbi Hüquq Konqresi
23-cü Dünya Tibbi Hüquq Konqresi - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Ilham Rəhimov Bakıda keçirilən beynəlxalq elmi konqresdə məruzə edib

BAKI, 12 iyul — Sputnik. İyulun 11-də  Bakıda "Dünya Tibbi Hüquq Assosiasiyasının" təşkilatçılığı ilə 23-cü Dünya Tibbi Hüquq Konqresi işinə başlayıb. Dünyanın bir çox ölkələrinin 300-dən çox elm adamının iştirak etdiyi Konqresin gündəliyində "Tibbi Hüquq, Bioetika və Multikulturalizm" başlıca mövzular olub.

Konqresin keçirilməsinə dəstək vermiş "Qara və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiyasiyası"nın sədri, hüquq elmləri doktoru, professor İlham Rəhimov "Ölüm hökmü və Bioetika" mövzusunda məruzə ilə çıxış edib.

Professor Rəhimov çıxışında xatırladıb ki, müasir dövrümüzdə dünyanın 52 ölkəsinin hüquq sistemində ən yüksək cəza növü kimi ölüm hökmü qüvvədədir və hər il təxminən 9 min şəxsə bu cəza tətbiq edilir. Ölüm hökmünün icrası isə bir sıra hallarda birbaşa tibb və bioetika ilə sıx bağlıdır. Belə ki, "Bioetika" tibb və biologiyada insanların fəaliyyətinin mənəvi aspektini əhatə etdiyindən, bu sahənin ölüm hökmünün icrası prosesində oynadığı rol maraq kəsb edir. 

Həbsxana kamerası, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Repressiya qurbanları: 20 dəqiqədə ölüm hökmü...

Professor İlham Rəhimov ölüm hökmünün icrası mexanizmi tarixinə qısa xronoloji baxış keçirərək qədim zamanlardan müasir dövrümüzə qədər bu sahədə olan dəyişiklikləri insanların humanizm hisslərinin artması ilə yanaşı, elmi tərəqqi, xüsusən tibb elminin inkişafı ilə sıx bağlı olduğunu bildirib.

Məruzəçi qeyd edib ki, "Bioetika" termini ilk dəfə XX əsrdə tibb xadimləri tərəfindən istifadə edilsə də, ölüm hökmünün icrasının mənəvi tərəfi ilə bağlı bu sahə insanları hələ çox əvvəllər düşündürmüşdü:

"Xüsusən XVIII əsrdə Avropada böyük islahatlar və yeni hüquq təlimlərinin meydana çıxması ölüm hökmü və onun icrası prosesinin mənəvi tərəfini aktuallaşdırdı. Lakin böyük filosof hüquqşünasların ideyaları özlüyündə bu problemin həllində kifayət etmirdi və bu sahədə tibbin və "Bioetika"nın  rolu danılmazdır.

Müasir dövrümüzdə də ölüm hökmünü öz hüquq sistemində saxlamış ABŞ kimi dövlətlər bu cəza növünün icrası zamanı tibbin və "Bioetika"nın imkanlarından yararlanır ki, bu da mövzunun öz aktuallığının hələ də itirmədiyini sübut edir".

Xəbər lenti
0