Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Repressiya qurbanları: 20 dəqiqədə ölüm hökmü...

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidHəbsxana kamerası, arxiv şəkli
Həbsxana kamerası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onun ailəsinin müraciətinə cavab verilib-verilmədiyi bəlli deyil

Dördüncü yazı: Ülvi Rəcəb Şaşıqzadə

BAKI, 29 iyun — Sputnik. 1938-ci il yanvarın 2-də baş tutan məhkəmədə Ülvi Rəcəb Şaşıqzadə ona ünvanlanan "özünüzü müqəssir hesab edirsinizmi" sualına cavab verir ki, o, özünü heç bir şeydə müqəssir hesab etmir. Ziya Bünyadovun yazdığına görə, Ülvi Rəcəb qəfildən həbs olunmasının təsiri altına düşərək, özünü əvvəlcə müqəssir hesab edib, lakin ittihamlarla tanış olduqdan sonra qətiyyətlə müqəssir olmadığını deyib.

Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Repressiya qurbanları: məşhur aktyor haqqında yalan ifadələri kimlər verib?

Ülvi Rəcəb həbsxanada qalmağı mənasız hesab etdiyi üçün sonda ittihamları qəbul edib. Müttəhimə son söz veriləndə isə heç bir söz deməyib.

Məhz buna görə də 17:40-da başlayan məhkəmə 18:00-da bitir. Çünki məhkəmə zamanı Ülvi Rəcəb danışmaqdan qətiyyətlə boyun qaçırır. O, yaxşı bilir ki, bütün danışıqları boş olacaq və onu da əvvəlkilərin (abbas mirzələrin) aqibəti gözləyir. 20 dəqiqə çəkən məhkəmənin sonunda ölüm hökmü oxunur.

Hərbi Kollegiya Şaşıqzadə Ülvi Rəcəbi güllələnməyə məhkum edir. Arayışlarda göstərilir ki, Ülvi Rəcəbə təyin olunmuş hökm – güllələnmə Bakı şəhərində yanvar ayının 2-də icra olunub.

Колючая проволока, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Repressiya qurbanları: ata güllələnir, qızına infarktdan öldüyü deyilir...

1955-ci ildə Ülvi Rəcəb Şaşıqzadənin bacıları – Altun və Nevrastan SSRİ Baş prokuroru Rudenkonun ünvanına ərizə yazıb qardaşlarının taleyi ilə maraqlanırlar. 1955-ci ildə Azərbaycan Dövlət Dram Teatrının direktoru Adil İskəndərov Baş Hərbi Prokurorluğa Ülvi Rəcəb haqqında müsbət xasiyyətnamə göndərir. Daha sonra xalq artistləri Mustafa Mərdanov, İsmayıl Dağıstanlı, Barat Şəkinskaya və Mərziyyə Davudova da Baş Hərbi Prokurorluğa müsbət xasiyyətnamələr göndərirlər.

1955-ci il oktyabr ayının 29-da Baş hərbi prokurorun müavini D. Terexov SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına Ülvi Rəcəb Şaşıqzadənin işi ilə bağlı öz qərarını göndərir. Qərarda göstərilir ki, Ülvi Rəcəb haqqında çıxarılan hökm ləğv olunmalı və onun işinə xitam verilməlidir. Həmin ilin noyabr ayının 19-da Hərbi Kollegiya qərara alır və ölüm hökmünü ləğv edib, işə xitam verir.

SSRİ Xalq Daxili İşlər Komissarlığı əməkdaşlarının xüsusi məlumatlarından ibarət 42№-li İş, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Repressiya qurbanları: Bağırova sui-qəsd hazırlanması iddiası kimin yalanı idi?

Lakin tarixi mənbələrdə Ülvi Rəcəbin bacılarına qardaşları ilə bağlı hansı məlumatın verilməsinə dair heç bir fakt yoxdur. Hətta 1956-ci ilin iyun ayının 7-də xalq artisti Mərziyyə Davudovaya (Abbas Mirzə Şərifzadənin həyat yoldaşına) Ülvi Rəcəblə bağlı məlumat verilir ki, onun hüququ özünə qaytarılıb.

Qəribədir ki, Mərziyyə xanımın Ülvi Rəcəblə heç bir qohumluq əlaqəsi yox idi. Onlar sadəcə iş yoldaşı idilər. Bacılarının isə müraciəti var, amma onlara hansı cavab verildiyinə dair məlumatlar yoxdur.

Güman etmək olar ki, Ülvi Rəcəb Şaşıqzadə milliyyətcə acar idi, Batumda doğulmuşdu, 16 yaşında atasını itirmiş, təhsil almaq üçün İstanbula getmiş, amma I Dünya Müharibəsi illərində təhsilini yarımçıq qoyub işləməyə başlamışdı. Batumda fəaliyyət göstərən teatr truppasına qəbul olunur və həmin truppa Tiflisə qastrola gələndə İbrahim İsfahanlı Ülvi Rəcəbi Tiflisdəki Azərbaycan teatrının truppasına işə götürür.

1924-cü ildə Tiflisdəki Azərbaycan teatrının baş rejissoru Aleksandr Tuqanov Azərbaycan Dövlət Dram Teatrında işləmək təklifi alır. O da Ülvi Rəcəbi özü ilə birlikdə Azərbaycana gətirir. Bundan sonra Ülvi Rəcəbin bütün həyatı Azərbaycanla bağlı olur.

Lakin Azərbaycanda Ülvi Rəcəbin heç bir qohumu yaşamırdı. Çox güman ki, elə bu səbəbdən məlumatlar onun qohumlarına deyil, dostlarına – xüsusi ilə də ən yaxın dostu olan Abbas Mirzə Şərifzadənin həyat yoldaşı Mərziyyə xanım Davudovaya göndərilib.

Repressiya illərini, repressiya qurbanlarının həyatını nə qədər araşdırsaq da, o dönəmi dərindən öyrənə, müəmmaları tamamilə aşkara çıxara bilmərik. Bilinən isə odur ki, həmin illərdə çoxsaylı aydınlar, ziyalılar, istedadlı şəxsiyyətlər axmaq ideologiyanın qurbanı oldular.

2017-ci ildir. Ağır repressiya dönəminin başlamasından – 1937-ci ildən 80 il ötür. Bu dəhşətli faciədən daha neçə "80 il"lər ötəcək, amma həmin şəxsiyyətlər unudulmayacaq…

Xəbər lenti
0