O gecə Ərdoğana iki şey təklif edildi...

© Sputnik / Murad OrujovTürkiyədə ötən il baş verən çevriliş gecəsinə həsr olunan konfrans
Türkiyədə ötən il baş verən çevriliş gecəsinə həsr olunan konfrans - Sputnik Azərbaycan
Abunə olmaq
Türk deputat: "Atatürk hava limanına gələrkən mühafizəçi ona "meydan çox təhlükəli ola bilər, zirehli geyim taxın" təklifi etdi. Prezident bu təklifi də etiraz edərək, xalqının geyinmədiyi zirehi özünün də geyinməyəcəyini söylədi".

BAKI, 12 iyul — Sputnik. "15 iyul gecəsi əslində çevriliş deyildi, Türkiyədə vətəndaş müharibəsinin başlaması üçün atılan addım idi. Yəni, böyük ssenarinin başlanğıc nöqtəsi idi". Bunu Türkiyənin hakim Ədalət və İnkişaf partiyasından olan millət vəkili Ayşə Kesir Türkiyədə ötən il baş verən çevriliş gecəsinə həsr olunan konfrans zamanı deyib.

Фетхуллах Гюлен в своем доме. США, Пенсильвания, 29 июля 2016 года - Sputnik Azərbaycan
FETÖ-nün Azərbaycan üzrə məsul şəxsi həbs olundu

“TRT” ilə “Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi” tərəfindən Beynəlxalq Mətbuat Mərkəzinin konfrans zalında təşkil edilən dəyirmi masada, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, Milli Məclisin üzvləri, türkiyəli millət vəkilləri Necdet Ünüvar və Ayşe Kesir, QHT rəhbərləri, ekspertlər və media nümayəndələri iştirak ediblər. 

Tədbirdə 15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə müzakirə olunub.

Türkiyəli deputatlar türk xalqının qəhrəmanlığı ilə yanaşı, o gecə, parlamentdə nələrin yaşandığını da anladıblar.

© Sputnik / Murad OrujovTürkiyənin hakim Ədalət və İnkişaf partiyasından olan millət vəkili Ayşə Kesir
Türkiyənin hakim Ədalət və İnkişaf partiyasından olan millət vəkili Ayşə Kesir - Sputnik Azərbaycan
Türkiyənin hakim Ədalət və İnkişaf partiyasından olan millət vəkili Ayşə Kesir

"Yaşadığım ev parlamentə yaxın yerləşir. Hadisələr başlar-başlamaz heç düşünmədən məclisə getdim. Övladlarım mane olmaq istədilər, ancaq onlara nə olur-olsun gedəcəyimi dedim və evdən çıxdım. Satqın hərbçilər havadan məclisi durmadan bombalayırdılar. İçərini götürən his-pas, mərmi qoxusu hələ də burnumdan getmir. Açığı, Allaha dua edirəm ki, o xain gecəni unutmamaq, daim gənc nəsillərə çatdırmaq üçün həmin qoxu heç vaxt burnumdan getməsin" — Ayşə Kesir deyib.

Türkiyəli qadın millət vəkili, 15 iyulun sadəcə 1 gündən ibarət olmadığını, məsələnin kökündə Türkiyənin bölgəsində demokratikləşməsinin, güclənməsinin önünü kəsmək durduğunu söyləyib: 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
15 iyul gecəsindən bu yana həbs olunanların sayı açıqlandı

"Adnan Menderes kimi ən kübar hökumət başçısını 1960-cı ildə edam etdilər. Hansı ki, xalqını çox sevirdi və çox demokrat insan idi. Təsəvvür edin, çevrilişdən bir neçə həftə əvvəl Amerikanın "Time" jurnalında Menderesi diktator kimi göstərən manşet xəbər yayılır və çox keçmir ki, Adnan Menderes vətən xaini elan olunaraq edam edilir. Eyni manşet, bu dəfə Ərdoğanın rəsmi ilə, eyni "Time" jurnalında 2013-cü il Gəzi parkı hadisələrindən bir neçə həftə əvvəl yayımlanır. Ancaq, Allaha şükürlər olsun ki, bu dəfə onlar öz çirkin məqsədlərinə çata bilmirlər. Sizə bir şeyi də xatırladım ki, Gəzi hadisələri, 2013-cü ilin may ayında Türkiyə Beynəlxalq Valyuta Fonduna (IMF) olan son borcunu ödəyib qurtarandan cəmi 10 gün sonra başlayır. Bu sizə bir şey demir? Onlar Türkiyəni daim təzyiqdə saxlamaq, təsir göstərə bilmək üçün borc asılılığında saxlamaq istəyirdilər. Son çarə olaraq, içəridəki xainlərdən istifadəyə əl atdılar. 15 iyul məhz bu idi. Ancaq bu dəfə də niyyətlərinə çatmadılar".

© Sputnik / Murad OrujovTBMM millət vəkili Necdet Ünüvar
TBMM millət vəkili Necdet Ünüvar - Sputnik Azərbaycan
TBMM millət vəkili Necdet Ünüvar

TBMM millət vəkili Necdet Ünüvar isə çıxışında daha da maraqlı və bilinməyən bir detala toxunub. N.Ünüvar, çevriliş olan gecəsi Marmarisdə istirahətdə olan prezident Ərdoğanın qaldığı oteldə yaşanan bir hadisəni danışıb:

"Ərdoğanın mühafizəçiləri ona 2 şey təklif etdilər. İlk olaraq prezidentə qayıqla yunan adasına keçmək təklif edilib. Ərdoğan isə cavabında, "millət meydanlardadır, mənim də yerim onların yanıdır" dedi. Marmarisdən İstanbuldakı Atatürk hava limanına gələrkən mühafizəçi ona "meydan çox təhlükəli ola bilər, zirehli geyim taxın" təklifi etdi. Prezident bu təklifi də geri çevirərək, xalqının geyinmədiyi zirehi özünün də geyinməyəcəyini söylədi".

© Sputnik / Murad OrujovMilli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov  - Sputnik Azərbaycan
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov deyib ki, Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanında durmağa davam edəcək.

"O gecə səhərə qədər biz azərbaycanlılar, gözümüzə yuxu getmədi. Olduqca narahat idik. Tez-tez qardaş ölkədəki dostlarımıza zəng edərək, son proseslər barədə məlumat alırdıq. Dövlətimiz də, xalqımız da qardaş türk xalqının yanında idi" — Əhliman Əmiraslanov bildirib.

© Sputnik / Murad OrujovTürkiyənin Azərbaycandakı səfiri Erkan Özoral
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral - Sputnik Azərbaycan
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral da söz alıb.

"15 iyulda türk milləti rəhbərinin arxasında durdu. Öz həyatları bahasına demokratiyanı qoruyub saxladı. O gecə çevrilişi həyata keçirən xainlər özünü peyğəmbərdən üstün tutan bir azğının arxasınca gediblər. Bu cür adamın arxasınca gedənləri dövlətin, cəmiyyətin içindən təmizləmək şərtdir. 15 iyulda 250 nəfər şəhid olub və 2000 nəfər vətəndaşımız yaralanıb. Bizə verdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edirik" — səfir bildirib.

Xəbər lenti
0