Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Seçmə mərhələ yarışları başa çatdı

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidAğır atletika məşqləri, arxiv şəkli
Ağır atletika məşqləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Seçmə mərhələ yarışları federasiyanın təqvim planına əsasən 3 zona üzrə ildə 4 dəfə keçirilib

BAKI, 11 iyul — Sputnik. 1–9 iyul tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələsi keçirilib. Bu müddətdə körpücük üzərinə 400-dən çox atlet çıxıb.

Ağır Atletika Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilib. Xırdalanda iyulun 1-2-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri), Lənkəranda 5-6 iyul tarixlərində Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, 8-9 iyulda isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən, 2007-1999-cu il və daha böyük təvəllüdlü kişi və qadın atletlər qüvvələrini sınayıblar. Seçmə mərhələ yarışları federasiyanın təqvim planına əsasən 3 zona üzrə ildə 4 dəfə keçirilib.

Mərhələ yarışlarının təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Xəbər lenti
0