BAKI, 11 iyul — Sputnik. Ağdamın "Qarabağ" klubu futbol üzrə Çempionlar Liqasında ilk görüşünə çıxıb.
Ağdam təmsilçisi Gürcüstan “Samtredia”sı ilə üz-üzə gəlib.
Əfran İsmayılov 10-cu dəqiqədə penalti zərbəsindən hesabı açıb. 37-ci dəqiqədə Dino Ndlovu hesabı 2:0 edib. Fasiləyə qədər Ndlovu hesabı 3:0-a çatdırıb.
İkinci yarıda Donald Gerryer və Miçel fərqləniblər — 5:0.
Oyun bu hesabla başa çatıb.