CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra başçısının başına bəla olan məscidlə bağlı maraqlı məlumatlar

© Photo : TRENDHacı Cavad məscidinin tikintisi
Hacı Cavad məscidinin tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim bu barədə danışmağımız düzgün deyil, amma eşitdiyimizə görə..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən və "Sovetski" adlanan ərazidə aparılan tikinti və yenidənqurma işləri ilə əlaqədar sökülməsinə qərar verilən "Hacı Cavad" məscidinin əvəzinə Şərifzadə 1 ünvanında yeni məscidin inşası davam etdirilir. Xatırladaq ki, "Hacı Cavad" məscidi söküldükdən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, Yasamal qəbiristanlığında yeni məscid tikilir. Məscidin inşasının başlanmasından çox qısa müddət keçməsinə baxmayaraq, xeyli iş görülüb.

Qeyd edək ki, yeni məscid əvvəlkindən böyük və müasir standartlara uyğun olacaq. Ərazidə çalışanların (adlarını demək istəmədilər) Sputnik Azərbaycan-ın əməkdaşına verdikləri məlumata görə, məscidin ərazisinin genişləndirilməsi nəzərdə tutulub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Adı qalmaqalda hallanan məmur işdən çıxarıldı

"Məscidin en-uzunu 16-22 metr olacaq. Məscidin binası birminarəli və birgünbəzli olacaq, əlavə olaraq bir idarə binası da olacaq. Bu məscid daha geniş olacaq, burada eyni zamanda 550-600 nəfər ibadət edə biləcək" — həmsöhbətlərimizdən biri bildirdi.

İşçilərin sözlərinə görə, məscid 0.14 ha (14 sot) ərazidə inşa edilir. Məscidin binası 2 mərtəbəli olaraq nəzərdə tutulub, yarısı isə ibadət zalı üçün ayrılıb.

"Düzü, bizim bu barədə danışmağımız düzgün deyil, amma eşitdiyimizə görə, məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi qadınlar üçün nəzərdə tutulub. Məscidin yan tərəfində qadın və kişilər üçün dəstəmaz otaqları və digər otaqlar nəzərdə tutulub" — deyə məlumat verildi.

İşçilərin verdiyi məlumata görə, yeni tikilən məscid kompleksi təxminən 400 kv2 ərazini əhatə edəcək. Məscidin qısa zamanda istifadəyə veriləcəyi bildirilir.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə isə, məscid tikildiyi ərazi çox ideal yerdir. Sakinlərdən Tağı İbrahimovun sözlərinə görə, yaxınlıqda məscid olmadığı üçün məscidin tikilməsi çox əhəmiyyətlidir: "Biz artıq yaşlı adamlarıq, ibadətimiz üçün məscidə ehtiyac var idi. Düşünürəm ki, məscidin belə yol kənarı, avtobus dayanacağına yaxın yerdə tikilməsi çox yaxşıdır".

"Yəni, artıq ibadət etmək istəyən insanlar uzun yol getməli olmayacaq və daha çox insan ibadət edə biləcək. Göründüyü kimi, məscid böyük olacaq. Bu da əhali üçün əlverişlidir, həm qadınlar, həm kişilər ibadət edə biləcək" — T. İbrahimov bildirdi. 

Hacı Cavad məscidinin tikintisi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hacı Cavad məscidi yeni ünvanda tikiləcək

Digər sakin Səməd Rəhmanov isə deyir ki, məscid inşa edildikdən sonra yaxınlıqda avtomobillərin saxlanılması üçün də yer istifadəyə verilsə, yaxşı olar: "Çünki məscid yol kənarıdır və ibadətə avtomobillə gələnlər üçün dayanacaq yeri olması yaxşı olardı".

"Bu məscid böyükdür və çox adam ibadət edəcək. Sökülən məscid isə kiçik və uyğunsuz yerdə idi. Ora gedib çatmaq böyük problem idi. Nəzərə alsaq ki, Bakı tıxaclar şəhəridir, bəzən ibadət saatlarında tıxacda qalmalı olurduq. İnşallah, səbirsizliklə yeni məscidin istifadəyə veriləcəyi günü gözləyirik…" — S. Rəhmanov əlavə etdi.

Xəbər lenti
0