CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adı qalmaqalda hallanan məmur işdən çıxarıldı

Abunə olmaq
Prezident İlham Əliyev bu gün bununla bağlı müvafiq sərəncam imzalayıb

BAKI, 1 iyul — Sputnik. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, prezident İlham Əliyev bu gün bununla bağlı müvafiq sərəncam imzalayıb.

Hələlik İ. Mehdiyevin yerinə təyinat yoxdur. 

Hazırda ərazidə söküntü işləri davam edir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezidentin tikintisini dayandırdığı bina ilə bağlı maraqlı fakt üzə çıxdı

Son zamanlar Yasamal rayon İcra Hakimiyyətinin adı KİV-də vətəndaşların narazı salındığı müxtəlif qalmaqallı hadisələrdə çəkilirdi. Bunlardan Hacı Cavad məscidi, "Olympus Park" yaşayış kompleksi, həmçinin "Ovçular evi"nin ətrafındakı və digər xoşagəlməz halları qeyd etmək mümkündür. Bütün bu hadisələrdə yalnız ölkə rəhbərliyinin çevik müdaxiləsi vətəndaşların hüquqlarının bərpasına gətirmişdi.

Xəbər lenti
0