Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əfsanə hər həftə 1 milyon funt qazanacaq

© playbuzz.comLionel Messi
Lionel Messi - Sputnik Azərbaycan
Abunə olmaq
Messi dünyada belə əmək haqqı alan ilk futbolçu olacaq

BAKI, 9 iyul — Sputnik. “Barselona” futbol klubunun hücumçusu Lionel Messi hər həftə 1 milyon funt qazanacaq.

APA-nın məlumatına görə, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Messi dünyada belə əmək haqqı alan ilk futbolçu olacaq. L. Messinin tez-tez müqayisə edildiyi Madridin “Real” klubunun hücumçusu Kriştian Ronaldo hər həftə üçün 365 min funt alır.

Qeyd edək ki, bundan əvvəl “Barselona” L. Messi ilə müqavilənin müddətini 2021-ci il iyunun 30-dək uzadılacağını bəyan edib. Müqavilə yaxın vaxtlarda imzalanacaq. Beləliklə, L. Messinin il ərzində 54,8 milyon funta qədər gəliri olacaq. 

Xəbər lenti
0