CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya qədər uzanan ölüm yolu

© Sputnik / Murad OrujovКрупнотоннажный транспорт на трассе Баку - Губа
Крупнотоннажный транспорт на трассе Баку - Губа - Sputnik Azərbaycan
Abunə olmaq
Hamı məcburdur ki, 110 və daha yüksək surətlə hərəkət etsin və nəticədə...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Bakı-Quba yolu uzun zamandır ki, sürücülərin baş ağrısına çevrilib. Yolun sağ zolağı sıradan çıxdığı üçün iri tonnajlı avtomobillər belə, yolun sol zolağı ilə hərəkət etməli olur. Yolda surət həddi 110 olduğu üçün, aşağı surətlə hərəkət etmək imkanları da məhduddur.

Запрещающий знак дорожного движения и красный свет светофора, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücülərin diqqətinə: bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Hamı məcburdur ki, 110 və daha yüksək sürətlə hərəkət etsin. Əks halda, arxadan gələn avtomobillərin xəbərdarlıq işıq siqnalları ilə qarşılaşırsan. Sağ zolaqda yol dağınıq olduğu üçün heç kim həmin zolaqla hərəkət etmir. Bu da təbii ki, yolda sıxlığa, qəzaların baş verməsinə zəmin yaradır.

"Ötən gün axşam saatlarında Qubadan qayıdırdım. Avtomobili 110 surətlə idarə etməyimə baxmayaraq, arxadan daha yüksək surətlə gələn avtomobillər xəbərdarlıq işığını yandıraraq yol verməyimi tələb edirdi. Sağ zolağa keçmək mümkün deyil. Çünki yol parçalanıb, bəzi yerlərə yamaq asfalt salınsa da, bəzi yerlərdə yoldan dəmir parçacıqları çıxır ki, bu da təkərlərə zərər verir" — deyə Sputnik Azərbaycan-a müraciət edən Bakı şəhər sakini Əli İsmayılov bildirib.

Onun sözlərinə görə, axşam saatlarında həmin ərazi daha təhlükəli vəziyyət alır: "Yol iuzun müddətdir ki, təmir edilmir. Bu yolu "ölüm yolu" adlandırsaq, yalan olmaz. Surət yüksək, yol dar, sağ zolaq yararsız. Məcbursan, ölümə sürəsən".

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, həmin yol "Azəravtoyol"un balansındadır: "Həmin yol Bakıdan Qubaya gedəndə normal, Qubadan Bakı istiqamətinə qayıdanda dağılmış vəziyyətdədir. Quba istiqamətindən gələn normadan artıq yüklənmiş iritonnajlı avtomobillər yolun sağ hərəkət zolağı ilə hərəkət etdiyi üçün uzun illər ərzində yol tamamilə sıradan çıxıb".

Bakıda piyada keçidi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Piyadanın o 120-lik yolda nə işi vardı?!"

Həmsöhbətimiz deyir ki, "Azəravtoyol" imkanları çərçivəsində həmin yolda təmir işləri aparır: "Müəyyən hissələrə yamaqlar vurulur, yolun saxlanılması üçün işlər görülür. "Azəravtoyol" sürücülərin daha böyük problemlə qarşılaşmaması üçün müəyyən işlər görür. Amma qeyd etdiyim kimi, yolun həmin vəziyyətə düşməsinə səbəb iri tonnajlı avtomobillərin normadan artıq yüklənərək həmin yolla Bakıya gəlməsidir".

Nəcəfli deyir ki, Bakıdan Qubaya gedən yol ona görə normal vəziyyətdə qalıb ki, həmin yoldan yüklənmiş iritonnajlı avtomobillər keçmir: "Qubadan isə yüklənmiş avtomobillər qayıdır. İritonnajlı avtomobillər çaylardan qum, çınqıl, şebel gətirir. Özünüz də bilirsiniz ki, hamı norma daxilində yükləmir".

"Demirəm ki, bu, 2-3 avtomobilin problemidir. Bu, illərin problemidir. Bilirsiniz ki, Quba-Bakı yolu ilə daha çox yük maşınları hərəkət edir. Haradasa həmin yolla hərəkət edən avtomobillərin 50-60 faizi yük maşınlarının payına düşür. Bu səbəbdən də yolun sağ zolağının müəyyən hissələri sıradan çıxıb" — ASC sözçüsü vurğulayıb.

Yol mühəndisi Arif Əsədov da Sputnik Azərbaycan-a açıqlamasında deyid ki, Quba-Bakı yolunun sıradan çıxmasının əsas səbəbi normadan artıq yük götürmüş iritonnajlı avtomobillərin mütəmadi olaraq həmin yolla hərəkət etməsidir: "Yol həqiqətən acınacaqlı vəziyyətdədir. Mən özüm də sürücü kimi bir neçə dəfə problemlə qarşılaşmışam. Həmin yolda böyük yük maşınları Bakıya inşaat sahələrinə şebel, qum, çınqıl daşıyır. Həm də normadan çox artıq yükləyirlər ki, daha çox gəlir əldə etsinlər".

© KarikaturaBu da yol
Bu da yol - Sputnik Azərbaycan
Bu da yol

Ekspert bildirib ki, yolun hazırlanma keyfiyyətinin buna heç bir aidiyyəti yoxdur: "Ən yaxşı, keyfiyyətli yol belə, elə ağırlıq qarşısında çökür. Yeganə çarə isə yolu yenidən bərpa etmək və iri tonnajlı avtomobillərin normadan artıq yük götürməməsinə nəzarət etməkdir".

Beləliklə, məsul qurum yolun "imkanlar çərçivəsində" təmir edildiyini deyir. Problem isə göz önündədir və qəza qaçılmazdır…

Xəbər lenti
0