Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin diqqətinə: bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

© Sputnik / Anar MustafayevЗапрещающий знак дорожного движения и красный свет светофора, фото из архива
Запрещающий знак дорожного движения и красный свет светофора, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq

BAKI, 4 iyun — Sputnik. Bu gündən etibarən daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Bu haqda Modern.az-a “Azıravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O qeyd edib ki, aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti
0