SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə bu məsələyə görə ABŞ-la müharibə də edə bilər

© AP Photo / Mursel CobanТанк ВС Турции в деревне Эсме в провинции Алеппо, Сирия, фото из архива
Танк ВС Турции в деревне Эсме в провинции Алеппо, Сирия, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Yəhudi inancına görə, Fərat çayından Misirdəki Nil çayına qədər olan torpaqlara nəzarət yəhudilərə aid olmalıdır. Türkiyə məhz bu təhlükəni gördüyü üçün o bölgəyə hərbi əməliyyat başlatdı".

BAKI, 5 iyul — Sputnik. PKK terror təşkilatının Suriya qolu PYD-nin, nəzarətindəki Afrin bölgəsini hökumət qüvvələrinə təslim etməyə hazırlaşdığı haqda məlumat vermişdik. Artıq bununla bağlı gizli danışıqlar da aparılır.

İddiaya görə, PYD-ni bu addımı atmağa vadar edən səbəb, türk ordusunun Afrini müntəzəm olaraq bombalaması və bölgəyə yönəlik hərbi əməliyyat hazırlığı aparmasıdır.

PYD bundan əvvəl də türk ordusunun mümkün əməliyyatından qorxaraq, nəzarət elədiyi Tel Cıbbin, Tel Hardanteyn, Maarasta El-Han və Mayer başda olmaq üzrə bir çox bölgəni Əsəd rejiminə təslim etmişdi.

Mövzunu Sputnik Azərbaycan-a türkiyəli politoloq Yılmaz Altunsoy dəyərləndirib. Politoloqun sözlərinə görə, ehtiyac yarandığı təqdirdə türk ordusu tərəddüdsüz Afrinə hərbi müdaxilə edəcək. 

© Photo : Yılmaz Altınsoyun şəxsi arxivindənPolitoloq Yılmaz Altınsoy
Politoloq Yılmaz Altınsoy  - Sputnik Azərbaycan
Politoloq Yılmaz Altınsoy

“Türkiyə öz təhlükəsizlik konsepsiyasını özü təyin edən bir ölkədir. Dolayısı ilə, Türkiyə öz cənub sərhədlərində, terror dövləti qurulmasına heç zaman imkan verməyəcək. Dünya nə deyər, Amerika, Rusiya nə deyər, bunlara baxmaz. Əlbəttə ki, rəsmi Ankara diplomatik kanalları işlətmək surətilə, öz həssasiyyətlərini, gözləntilərini böyük güclərə, dövlətlərə bildirəcək. Ancaq öz taleyini heç vaxt başqasının ixtiyarına buraxmayacaq. 2016-cı ilin avqustunda türk ordusunun Suriyanın şimalında başlatdığı "Fərat qalxanı" əməliyyatı buna ən bariz örnəkdir. Bu əməliyyatın başlama səbəbi, Fərat çayının şərqindəki kürd əraziləri ilə çayın qərbindəki Əl Aziz qəsəbəsindən başlayaraq Afrin bölgəsinin də daxil olduğu ərazilərin birləşməsinə mane olmaq idi. Əgər bu ərazilər birləşsəydilər, Türkiyə cənub sərhədləri boyunca terror dövləti tərəfindən blokadaya alınacaqdı, həmçinin İslam dünyası ilə bağlantısı qopacaqdı. Daha sonra keçici bir kürd dövləti yaradılacaq, ən sonda isə həmin ərazidə böyük İsrail dövləti qurulacaqdı. Çünki yəhudi inancında “Arz-ı Mev’ud" (Vəd edilən torpaqlar) anlayışı çox ciddi qəbul edilir. Həmin inanca görə, Fərat çayından Misirdəki Nil çayına qədər olan torpaqlara nəzarət yəhudilərə aid olmalıdır. Türkiyə məhz bu təhlükəni gördüyü üçün o bölgəyə hərbi əməliyyat başlatdı. Ehtiyac yarandığı təqdirdə ikinci belə bir əməliyyat heç tərəddüd edilmədən gerçəkləşəcəkdir”.

Yılmaz Altunsoy, Suriyanın ərazi bütövlüyünün Türkiyə üçün ölüm-qalım məsələsi olduğunu, lazım gələrsə hətta PYD-ni qoruyan ABŞ-la da müharibəyə girilə biləcəyini deyib:

“Afrinə hərbi müdaxiləyə dair Rusiya ilə razılıq əldə olunduğunu bilirik. Hazırda Bəşər Əsədə yardım üçün Suriyada olan Rusiya öz əsgərlərini həmin bölgədən köçürür. Türk ordusu təkbaşına qalan PYD-ni Afrindən cəmi 24 saata silib süpürə bilər. Sadəcə olaraq, o ərazidə ABŞ hərbçiləri də olduğu üçün rəsmi Ankara məsələyə həssas yanaşır. Ancaq bu, ölüm-qalım məsələsi olduğu üçün Türkiyə ən son anda o bölgəni çirkabdan təmizləmək naminə hətta Amerika ilə də savaşmaqdan çəkinməyəcək”. 

Rusiya hərbçisi Suriyada - Sputnik Azərbaycan
Suriyanın bölüşdürülməsi planı razılaşdırıldı, pay bölgüsündə PKK da var

“Amerikanın, öz əzəli müttəfiqi Türkiyəni qoyub, terrorçu PYD ilə əməkdaşlıq eləməsi dəlilikdir. Bunun heç bir məntiqi izahı yoxdur. ABŞ tək üzdə görünən hökumət vasitəsilə idarə olunmur. Orada dərin bir dövlət mexanizmi işləyir. Və bu mexanizm daha çox sionizmə xidmət edir. Yəni cüzi azlıq, öz maraqları naminə qocaman Amerikanı istədiyi istiqamətə çəkə bilir. Ancaq bu çox uzun çəkməyəcək. Nə vaxtsa amerikalılar bunun hesabını dərin dövlətdən soruşacaqlar” – Yılmaz Altunsoy qeyd edib.

Türkiyənin Afrinə ehtimal olunan hərbi müdaxiləsinin qərblə, xüsusilə Amerika ilə münasibətlərə təsirindən danışan professor Oqtay Sadıxzadə, Ankara-Qərb əlaqələrinin əvvəldən korlandığını söyləyib:

© Photo : PUBLIC DOMAINOqtay Sadıxzadə
Oqtay Sadıxzadə - Sputnik Azərbaycan
Oqtay Sadıxzadə

“Türkiyə ilə ABŞ-ın, ümumilikdə Qərbin münasibətləri dünən korlanmayıb. Hollandiyada türk nazirlərə edilən davranışlar, daha sonra Almaniya ilə yaşanan böhran, üstəlik Türkiyənin İNTERPOL-un üzvlüyündən çıxarılması da gündəmə gəlib. Beynəlxalq Polis Təşkilatı (İNTERPOL) Ankaranın göndərəcəyi sorğuları cavablandırmayacağını bildirib. Bütün bunlar Qərb-Türkiyə əlaqələrinin yeni korlanmadığını göstərir.

Bu qarşıdurma ötən ilki 15 iyul hadisələrindən sonra daha da aktuallaşıb. PKK və onun Suriyadakı qolu olan PYD-yə Qərbin, Amerikanın münasibəti bəllidir. Terrorçular onlardan ciddi dəstək alır. ABŞ-ın “Böyük Şərq” planında kürd dövlətinin yaradılması məsələsi mövcuddur. Belə olan halda konkret sual yaranır ki, Kürdistan hansı dövlətlərin ərazisində qurulacaq? Burada Suriya və İraq ön plana çıxır. Ərdoğan rəhbərliyindəki Türkiyə isə buna sərt şəkildə qarşı çıxır. Mən hesab edirəm ki, Amerika son anda Türkiyəni itirməkdən boyun qaçıracaq və öz istəyindən bir qədər də olsa geri çəkiləcək”.

Xəbər lenti
0