Suriyanın bölüşdürülməsi planı razılaşdırıldı, pay bölgüsündə PKK da var

© Photo : TASSRusiya hərbçisi Suriyada
Rusiya hərbçisi Suriyada - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ və bəzi ərəb ölkələrinin iştirak etdiyi qapalı toplantıda PKK/PYD-nin rəhbərliyində təmsil olunan şəxslər də yer alıblar

BAKI, 14 iyun — Sputnik. Suriyanın Haseke vilayətinin Qamışlı şəhərində, ABŞ və bəzi ərəb ölkələrinin kəşfiyyat qurumlarının nümayəndələri, Suriya neftinin gələcəyinə dair toplantı keçiriblər. Sputnik Azərbaycan Akşam-a istinadla xəbər verir ki, iyunun 10-da reallaşan toplantıya, ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın sözçüsü, polkovnik Con Dorrian da qatılıb.

Солдат Сирийских ДС, фото из архива - Sputnik Azərbaycan
Rusiya: ABŞ və İŞİD Suriyada razılığa gəlib

Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı nümayəndələrin iştirak etdiyi toplantıda, Suriyanın bəzi tayfa liderləri və PKK/PYD-nin rəhbərliyində təmsil olunan şəxslər də yer alıblar. Ayrıca, toplantıda Türkiyə təmsilçilərinin də iştirak etdiyi bildirilir.

Suriya neftinin gələcəyi ilə bağlı birgə strategiyanın müəyyənləşdirilməsi məqsədi ilə toplanan heyət, birlikdə hərəkət etmək qərarı qəbul edib. Əsas müzakirə mövzusu, Suriyanın neft və təbii qaz potensialının 95 faizinə sahib olan Haseke, Rakka və Deyr əz-Zor bölgələrinin gələcəyi və yeraltı sərvətlərinin işlənməsi ilə bağlı olub. Tərəflər razılığa gəlib ki, bu enerji ehtiyatları Humus çölü üzərindən İordaniya və İsrailə, oradan da Avropaya daşınsın.

Görüşlərdə ABŞ və Böyük Britaniyanın neft üzrə nümayəndələri də iştirak ediblər. Amerikalı səlahiyyətlilər bildiriblər ki, bu yeni layihə nəticəsində İranla Rusiyanın Suriya nefti üzərindəki planları pozulacaq.

Qamışlı toplantısında PYD-nin də çıxarılacaq neftdən pay alması qərara alınıb. ABŞ və Səudiyyə tərəfi PYD-nin mübarizəsinə hörmətlə yanaşdıqlarını söyləyərək, İŞİD-ə qarşı dirənişinin əvəzi olaraq neft bölgüsündən lazımi payı alacaqlarını vəd ediblər.

Xəbər lenti
0