BAKI, 4 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-25, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə: İyulun 5-i günün ikinci yarısından iyulun 8-dək Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, ötən günlərlə müqayisədə havanın temperaturunun tədricən aşağı enməsi müsbət amildir.