Təcili hava xəbərdarlığı gəldi

© pixabay / Free-PhotosLeysan
Leysan - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik hava şəraitinin kəskin dəyişəcəyini açıqlayıb

BAKI, 4 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 5-i günün ikinci yarısından iyulun 8-i səhərədək arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir. Sputnik Azərbaycan bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir.

Azərbaycanın bəzi rayonlarında iyulun 5-i gündüzdən 8-i səhərədək şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, iyulun 7-dən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. İyulun 7-8-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti
0