CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili çarəsiz vətəndaşlara ümid verdi

© pixabay / klimkinМужчина в инвалидной коляске, фото из архива
Мужчина в инвалидной коляске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər kimsə tələblərini qəbul etməsə, o zaman həmin insanların hüquqlarını qorumağa hazıram"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Cəmiyyətdə ən çox problemlərlə qarşılaşan insanlar fiziki qüsurlu insanlardır. Belə insanlar uşaq yaşlarından cəmiyyətdən təcrid olunurlar və müəyyən yaş həddinə gəlib çatdıqda isə iş tapa bilmirlər.

Əlil arabasında uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda əlillərin hüquqları necə qorunur?

Daha dəqiq desək, fiziki məhdudiyyəti olan insanları işəgötürənlər işlə təmin etməkdən boyun qaçırırlar və müxtəlif bəhanələr gətirərək onlara iş vermirlər. Mütəxəssislər Sputnik Azərbaycan-a belə insanların işlə təmin olunma problemləri haqqında danışıblar.

Sosioloq Əhməd Mansurov məsələyə aydınlıq gətirərək qeyd edib ki, fiziki qüsurlu şəxslərin işlə təmin olunması ilə bağlı kvota var: "Qanunvericilikdə göstərilir ki, hər bir müəssisə öz iş yeri planında fiziki qüsurlu insanlara da yer ayırmalıdır. Amma Azərbaycanda müəssisələrdə demək olar ki, buna məhəl qoyulmur. Eyni zamanda, belə şəxsləri işə götürmədikdə psixoloji problemləri olan fiziki qüsurlu insanlara daha bir zərbəni də işəgötürən vurur. Bununla da biz həmin insanların potensialından istifadəni itiririk və həmin insanlarda cəmiyyətə qarşı aqressiya yaranır".

Onun sözlərinə görə, bu məsələnin kökündəki problemlərdən biri də təhsildir: "Çünki fiziki qüsurlu şəxslərin əksəriyyəti təhsil almaq üçün məktəbə getmir. Ona görə də, bir çox tam sağlam insanlar fiziki məhdudiyyəti olan insanlarla sıx ünsiyyətdə olmadıqlarından, onları adi qarşılaya bilmirlər. Məktəbdə uşaqların heç olmasa, bir sinif yoldaşı fiziki qüsurlu uşaq olarsa, gələcəkdə həmin insanlar fiziki məhdudiyyəti olan insanlara qarşı simpatiyaları artar və onları adi qarşılayarlar".

"Biz belə insanları uşaq vaxtından cəmiyyətdən uzaqlaşdırırıq. Bu da doğru deyil. Əksinə, onları inkişaf etdirmək üçün məktəb və bağçalara getmələrinə şərait yaratmaq lazımdır" – deyə Əhməd Mansurov əlavə edib.

Millət vəkili Aytən Mustafayeva da qeyd edib ki, işəgötürən fiziki məhdudiyyətinə görə insanları işə qəbul etməsə, o zaman "İnsan hüquqları və hüquq institutu"nun direktoru və millət vəkili kimi belə şəxslərin hüquqlarını qorumağa hazırdır: "Amma bir məsələ var ki, belə insanlar sosial cəhətdən aktiv olmalıdırlar. Yəni, orta məktəbdən sonra ali məktəbdə təhsil almalıdırlar. Daha sonra iş yerləri ilə təmin olunmaları ikinci və vacib problemdir. Çünki belə insanlar üçün iş yerləri açılmalıdır və müxtəlif müəssisələr onlar üçün şərait yaratmalıdır".

Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili layihəsinin icrası çərçivəsində sonuncu kurs təşkil olunub - Sputnik Azərbaycan
CƏMİYYƏT
Fiziki məhdudiyyətli uşaqlar üçün sonuncu peşəyönümlü kurs təşkil olundu

Deputatın dediyinə görə, azırda bəzi dövlət müəssisələrində fiziki məhdudiyyəti olan insanlar işlə təmin olunurlar: "Belə insanlar üçün müəssisələrdə şərait yaradılmalıdır. Əgər fiziki məhdudiyyəti olan insanın ali təhsili varsa və iş üçün yararlıdırsa, işəgötürənin belə insanı işə götürməməyə ixtiyarı yoxdur. Bu artıq qanun pozuntusudur".

"Bir problem də odur ki, şəhərdə fiziki məhdudiyyəti olan insanlar üçün şərait pis vəziyyətdədir. Şəhərdə təmir işləri gedərkən, belə insanlar demək olar nəzərə alınmayıb. Şəhərdə yenidən təmir işləri aparmaq lazımdır" — vurğulayıb.

Millət vəkili onu da qeyd edib ki, hal-hazırda layihə üzərində iş gedir: "Bu layihədə şəhərin infastrukturu, təhsil və işlə təmin edilməsi ilə bağlı məsələlər yer alır. Bu layihə Milli Məclisin payız sesiyasında baxılacaq".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov isə iddia edir ki, bəzən əlilliyi olan şəxslər işə düzələrkən fiziki qüsurlarını gizləmək məcburiyyətində qalırlar: "Çünki belə işçilər işəgötürənə sərf etmir. Onların bütün imtiyazlarını işəgötürən öz öhdəsinə götürməli olur".

"Məsələn, sağlam insanlara 21 gün məzuniyyət düşdüyü halda, əlilliyi olan insanlara 42 gün məzuniyyət düşür və bu məzuniyyətin pulunu işəgötürən ödəməli olur. Bu da heç bir işəgötürənə sərf eləmir" — mütəxəssis bildirib.

Məmmədovun fikrincə, bu problemi həll etmək üçün ya bu imtiyazlar ləğv olunmalıdır, ya da bir qisim imtiyaz işəgötürənin üzərindən qaldırılmalıdır: "Və ya əlavə fondlar yaradılmalıdır, ya da Dövlət Sosial Müdafiə Fondu bir qisim öhdəliyi öz üzərinə götürməlidir. Əks halda bu problem olaraq qalacaq".

Xəbər lenti
0