CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda əlillərin hüquqları necə qorunur?

© Photo : PUBLIC DOMAINƏlil arabasında uşaq, arxiv şəkli
Əlil arabasında uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Əlil Təşkilatları İttifaqının nümayəndələri əlillərin hüquqlarının təmin olunması ilə bağlı problemləri müzakirə edəcəklər

BAKI, 2 may — Sputnik. Azərbaycan Əlil Təşkilatları İttifaqının nümayəndələri əlillərin hüquqlarının təmin olunması ilə bağlı problemləri Sputnik Azərbaycan-ın mətbuat mərkəzində müzakirə edəcəklər. Bilindiyi kimi, mayın 5-ni dünya ictimaiyyəti Əlillərin Hüquqları Uğrunda Beynəlxalq Mübarizə Günü kimi qeyd edir.

Bu tarix 1992-ci ildən qeyd edilir. Həmin gün məhdud imkanları olan insanlar 17 Avropa ölkəsində eyni vaxtda əlillərə bərabər hüquqların verilməsi və fiziki, psixi və sensor məhdudiyyətləri olan insanlara qarşı diskriminasiya əleyhinə mübarizə gününü qeyd ediblər. O vaxtdan sözügedən tədbir ənənəyə çevrilib və hər il mayın 5-də keçirilir. Həmin Azərbaycanda da qeyd edilir.

Mayın 5-də saat 11:00-da Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli "Əlillərin hüquqları və Azərbaycanda bunun təmin olunmasının vəziyyəti" mövzusunda mətbuat konfransı keçirəcək.

Eyni zamanda Azərbaycan Əlil Təşkilatları İttifaqının fəallarının ənənəvi illik toplantısı da olacaq.

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru.

Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0