CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dalğaların altında nə qədər insanın olduğu sual altında qalır"

© © APAAbşeron çimərliklərindən birində FHN xilasediciləri. Arxiv şəkli
Abşeron çimərliklərindən birində FHN xilasediciləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyindən son günlərin faciəli olayları ilə bağlı mühüm xəbərdarlıq

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 7 noyabr tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi ilə Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, vətəndaşların təhlükəsizliyinin daha da səmərəli qorunması ilə bağlı yeni bir dövlət xidməti – Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradıldı. Xidmətin xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, xidmət əməkdaşlarının fiziki və peşə hazırlığının artırılması məqsədi ilə bağlanılmış müqavilələrə uyğun olaraq üzgüçülük hovuzlarında məşğələlər keçirilib, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının metodiki köməkliyi ilə Xidmətin bazasında "Matros-xilasedicilərin hazırlıq kursu", "Kiçik həcmli gəmi sürücülüyü" və "III qrup 3-cü dərəcəli dalğıc hazırlığı" kursları təşkil edilib.

© Photo : Şəxsi arxivElsevər Həsənov
Elsevər Həsənov - Sputnik Azərbaycan
Elsevər Həsənov

O bildirib ki, qurumun 50 nəfərə yaxın əməkdaşı Dövlət Neft Şirkəti tərəfindən təşkil olunan təkmilləşdirmə kurslarında da iştirak edib: "Çimərlik mövsümünə hazırlıqla əlaqədar Xidmət əməkdaşlarının S-1 (xidmətin təşkili) və "S-2" (suda insan həyatının mühafizəsi) tapşırıqları üzrə nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılıb. Çimərlik mövsümündə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə aidiyyətı dövlət qurumlarına (Səhiyyə və Daxili İşlər Nazirliklərinə) müraciət olunaraq qabaqlayıcı tədbirlər görülüb".

Qurumun rəsmisi onu da bildirdi ki, FHN-nin digər qurumları ilə birlikdə bir sıra orta məktəblərdə (153, 276, 34, 236, 265, 26, 148, 273, 89 saylı tam orta məktəblərdə, Avropa Azərbaycan məktəbində), 1 saylı Vərəm Əleyhinə Dispanserdə və 6 saylı Uşaq Klinik Xəstəxanasında geniş maarifçilik tədbirləri keçirilib: "Çimərlik mövsümündə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə biz hər il müvafiq dövlət qurumlarına Səhiyyə Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciət edirik. İyun ayının 15-dən həmin müraciətə əsasən bizim nəzarət etdiyimiz 40 çimərlik ərazisində Təcili Tibbi Yardım Xidməti fəaliyyət göstərir. Eyni zamanda, Post Patrul Xidmətləri gün ərzində ərazilərdə nəzarəti həyata keçirir. Çimərlik mövsümü iyun ayının 15-dən sentyabr ayının 15-nə qədər davam edəcək".

Xatırladaq ki, xidmət iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyir. Bütün xilasetmə su nəqliyyat vasitələri hazırlıq vəziyyətinə gətirilib, çimərlik ərazilərinə qadağanedici, xəbərdaredici lövhələr yerləşdirilib, suda üzmə sərhədləri müəyyənləşdirilərək məhdudlaşdırıcı şarlar qoyulub.

Kür çayı - Sputnik Azərbaycan
HADİSƏ
Kürdə boğulan ikinci polisin də cəsədi tapılıb

Xidmətin 2017-ci il üçün İş planına uyğun olaraq Nazirliyin Regional Mərkəzi ilə birgə Bakının Suraxanı, Sabunçu, Xəzər, Qaradağ, Binəqədi, Səbail rayonları, eyni zamanda Sumqayıt, Beyləqan, Qusar və Astara rayonları üzrə su hövzələrində monitorinqlər və keçirilmiş monitorinqlərin nəticələri ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının (Rayon İcra Hakimiyyəti və ərazi icra nümayəndələri, bələdiyyələr, mənzil kommunal təsərrüfatı birlikləri, polis orqanları, təcili-tibbi yardım bölmələri, yerli gigiyena və epidemiologiya mərkəzi, təhsil müəssisələrinin rəhbərləri və istirahət obyektlərinin rəhbərləri) iştirakı ilə Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib.

01.01.2017-cı il tarixdən 30.06.2017-cı il tarixədək xilasetmə avadanlıqları ilə təchiz olunmuş çimərliklərdə suda boğulmaq təhlükəsi ilə üzləşən 14 nəfər, digər su hövzələrində isə 4 nəfər Xidmətin xilasediciləri tərəfindən xilas edilib. E. Həsənovun sözlərinə görə, xilasetmə avadanlıqları ilə təchiz olunmuş çimərliklərdə batma halı qeydə alınmayıb: "Mətbuatda biz də izləyirk ki, hansısa rayonlarda, kanallarda, çaylarda ehtiyatsızlıqdan, avtoqəza və intihar halları zamanı boğulma baş verir. Amma nəzarətimizdə olan ərazilərdə heç bir boğulma halı qeydə alınmayıb".

"Hansı ərazidə bizim əməkaşlarımız yoxdursa, hansı ərazilərdə Təcili Tibbi Yardım yoxdursa, bizim xəbərdar edici nişanlarımız yoxdursa, həmin ərazilərdə çimmək təhlükəlidir. Məsələn Şüvəlan tərəfdə qayalıq ərazilər, Mirqaya, Şimal Dress silsilə qayalıqlarında çimmək təhlükəli olmasına baxmayaraq vətəndaşlar həmin ərazilərə üz tuturlar. Və hər il həmin ərazilərdə bədbəxt hadisələr baş verir. Bir neçə il öncə həmin ərazilərdə bir ailənin 5 azyaşlı övladı batmışdı" — FHN rəsmisi vurğulayıb.

O, qayalıq ərazilərdə çimməyin təhlükəli olduğunu qeyd edib: "Sakit havada 1000 nəfər dincəlsə də, qaydalara riayət edildiyi təqdirdə bir nəfər də batmır, ancaq küləkli havada 100 nəfər çimsə də, mütləq bədbəxt hadisə baş verir. Küləkli havada insanların qaydalara riayət etməməsi bizim də işimizə mane olur. Texnikanı küləkli havada suya çıxarmaq çətin olur, dalğaların altında nə qədər insanın qaldığı sual altında qalır. Yəni, insanlar qaydalara riayət etsələr, heç bir problemlə qarşılaşmazlar".

Şöbə müdiri bildirib ki, çimərlikdə təhlükəsizlik qaydalarına riayət etmək mütləqdir: "Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək, çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq, suda kobud hərəkətlər etmək, çimərliyi məişət və digər tullantılarla zibilləmək, çimərliyə ev heyvanlarını gətirmək, çimərlikdə balıq tutmaq, çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq, çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması qadağandır…"

Yadda saxlayın!

— Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!

— Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!

— Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!

— Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

— Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!

— Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!

— Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

— Çimərliklərdə istirahət saat 9.00-dan 20.00-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Xəbər lenti
0