Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdə boğulan ikinci polisin də cəsədi tapılıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidKür çayı
Kür çayı - Sputnik Azərbaycan
Abunə olmaq
Onun meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb

BAKI, 3 iyul — Sputnik. Dünən Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış digər 1 nəfərin — 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi, bu gün saat 09:27-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

HADİSƏ
Polis əməkdaşları suda batdılar

Qeyd edək ki, dünən Ağstafada 2 polis əməkdaşı Kürdə boğulub. Hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub.

Batmış iki nəfərdən birinin — 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi dünən saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Hər üç polis Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşıdır.

Xəbər lenti
0