CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmi nikah olmadan dini kəbin qadağası nələrə səbəb olacaq?

CC BY 2.0 / Azlan DuPree / WeddingМусульманская свадьба, фото из архива
Мусульманская свадьба, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Komitə sədrinin gözlənilməz açıqlaması dindar cameədə birmənalı qarşılanmır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. "Azərbaycanda rəsmi nikah olmadan dini kəbinin bağlanması qanunsuzdur. Bunu edən din xadimi cəzalandırılacaq". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Молодожены. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kişilər niyə rəsmi nikah istəmir?!

O, qeyd edib ki, Azərbaycan dünyəvi ölkədir, nikah münasibətləri ilə bağlı müvafiq dövlət qurumu var: "Dini nikaha o zaman girmək olar ki, bu nikahı müvafiq dövlət qurumu təsdiqləmiş olsun. Bu qurumun təsdiqləmədiyi nikahı bağlayan din xadimi rəsmi təyin olunubsa, cəzalandırılacaq, tutduğu vəzifədən azad olunacaq. Əgər bunu edən din xadimi qeyri-rəsmi fəaliyyətlə məşğuldursa, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcək".

Məsələ ilə bağlı ilahiyyatçı İsmayıl Əhməd Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bizdə nişan mərasimindən bir müddət sonra toy olur: "Bəzilərində bir neçə ay, bəzilərində bir il çəkir. Şəriət nöqteyi-nəzərindən bu əqd — nikahın bağlanması tərəflərin bir-birinə məhrəm olmasını təmin etməkdir. Yəni, dini ayinləri yerinə yetirən insanlar üçün bu, mühümdür, əhəmiyyət kəsb edir. Amma başqaları üçün bir əhəmiyyəti yoxdur".

Onun sözlərinə görə, bizdə rəsmi dövlət kəbini toydan bir neçə gün əvvəl bağlanır: "İndi sual çıxır ki, məsələn, bu müddət ərzində şəriət nöqteyi-nəzərdən cütlük arasında toya qədər məhrəmlik bərqərar olmur, o zaman bunu necə həll edirlər? Bunların məhrəmlik məsələsi necə həll olmalıdır?"

"Şəriət nikahı bağlanmadan ikinci bir yol yoxdur ki, bu məsələ həll olunsun. İstər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olsun, istər Qafqaz Müsəlmanları İdarəsi olsun, bu məsələyə izah versinlər ki, bu problem necə həll olunmalıdır? Bu, dini ayinləri yerinə yetirən vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edir" — İ. Əhməd vurğulayıb.

Nikahdan əvvəl tibbi müayinələr - qan analizi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Nikahdan əvvəlki müayinələr şok nəticələri ortaya çıxardı

İlahiyyatçının fikrincə, onsuz da şəriət kəbinin kəsilməsinin heç bir hüquqi qüvvəsi yoxdur: "Yəni, boşanma zamanı və yaxud tərəflərdən biri rəhmətə gedəndə ruhanin, hətta rəsmi din xadiminin kəsdiyi şəriət nikahının heç bir hüquqi qüvvəsi yoxdur. Yəni, onun əsasında heç bir pay bölgüsü aparılmır, vərəsəlik müəyyən olunmur, bunların hamısı rəsmi nikahdan asılıdır".

İ. Əhməd deyib ki, şəriət kəbinin kəsilməməsi dindar təbəqə üçün problem yaradır: "Bunu həll etmək lazımdır. Başqa, alternativ yol varsa, göstərsinlər. Mənim fikrimcə, başqa yol yoxdur. Bircə kəbin kəsilməlidir. Kəbin kəsilsin, sonra dövlət tərəfindən qeydiyyata düşsünlər".

İlahiyyatçı Elşad Miri isə Sputnik Azərbaycan-a açıqlamasında məsələyə fərqli münasibət bildirib: "Hər halda Mübariz müəllim Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə məsləhətləşərək bu ifadəni işlədib, yəni, mexanizm QMİ-nin öz daxili nizamnaməsində həyata keçirilə biləcək bir məsələdir".

"Bu, illərdir müzakirə edilir. Türkiyənin özündə də dəfələrlə bu məsələ gündəmə gətirilib, lakin, nəticə olmayıb. Bu, maarifləndirici təbliğatdır. Ümid edirəm, QMİ açıqlama ilə çıxış edəcək ki, "dini nikah" adlı anlaşma forması nə peyğəmbərin dövründə olub, nə də "Qurani-Kərim"də var. Bugünkü rəsmi nikah dini nikahı əvəz edir" — E. Miri əlavə edib.

Xəbər lenti
0