BAKI, 6 noy-Sputnik. Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin 161 nəfərində sifilis, 45 nəfərdə HİV daşıyıcılığı aşkar olunub.
Sputnik Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər icbari tibbi müayinədən B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunda keçirlər.
İcbari tibbi müayinələrlə bağlı tələblər qüvvəyə mindiyi andan — iyunun 1-dən noyabrın 1-nə kimi 65138 şəxs müayinə olunub.
Müayinələrin nəticələrinə görə 161 nəfərdə sifilis, 45 nəfərdə HİV, 4213 nəfərdə isə talassemiya daşıyıcılığı aşkar olunub.
Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.