BAKI, 2 iyul- Sputnik. Rusiyada keçirilən futbol üzrə Konfederasiyalar Kubokuna yekun vurulub.
Sputnik Azərbaycan xəbər verir ki, Kubokun qalibinin adına aydınlıq gələn oyunda Almaniya ilə Çili qarşılaşıb.
Rusiyaya əsasən ehtiyat heyətlə yollanan Almaniya ilk hissədə bir qol vurub. 20-ci dəqiqədə Stindl fərqlənib. İkinci hissədə qapılara top vurulmayıb. Beləliklə, Almaniya minimal hesabla qələbə qazanıb.
Qeyd edək ki, bu, Almaniya millisinin ilk Konfederasiyalar Kuboku çempionluğudur.