BAKI, 30 iyun — Sputnik. Bu gün Cənubi Koreyada təşkil edilən dünya çempionatında bir idmançımız dayanq üzərinə çıxıb. Sputnik Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Milad Beigi Hərçəqani isə finala vəsiqə uğrunda qarşılaşdığı moldovalı rəqib Aaron Cooku 41:5 hesabı ilə məğlub edib. Miladın final rəqibi isə Rusiya təmsilçisi Anton Kotkov olub. Milad Beigi Hərçəqani finalda Anton Kotkovu 21:3 hesabı ilə məğlub edərək —80 kq çəki dərəcəsində dünya çempionatının qızıl medalına sahib olub.
Digər təmsilçimiz Məhəmməd Məmmədov (-63 kq) yarımfinal döyüşündə İranlı Mihashem Hosseiniə 5:6 hesabı ilə məğlub olaraq dünya çempionatının bürünc mükafatı ilə kifayətlənməli olub.