Türk ordusu silahlandı, ruslar bölgədən çəkilir

© AP Photo / Emre TazegulTürkiyə ordusunun İraqa daxil olması
Türkiyə ordusunun İraqa daxil olması - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə ərazisinə atəş açılması, türk ordusunu əməliyyat aparmağa vadar edib

BAKI, 29 iyun — Sputnik. Suriyada terror təşkilatı YPG-nin (PKK-nın Suriya qolu) nəzarətində olan Afrin bölgəsindən Türkiyəyə açılan atəşə cavab verilib. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Türkiyə ordusu Afrin bölgəsində YPG-nin dayaq nöqtələrinə zərbə endirib.

Türkiyə ordusunun İraqa daxil olması - Sputnik Azərbaycan
Türk ordusu qəfildən bu ölkəyə hücuma keçdi

29 yanvar 2014-cü ildən bəri Afrində nəzarəti ələ keçirən YPG-nin, son iki ildə sərhəd xəttinin müxtəlif nöqtələrindən Türkiyə ərazisinə 17 dəfə atəş açması, Türkiyəni bölgədə əməliyyat aparmağa vadar edib. Terrorçuların Hələbdən qaçan insanlara və Afrindən Türkiyəyə keçmək istəyənlərə atəş açması və xərac tələb etməsi isə səbri daşıran son damla olub.

Bütün bunları diqqətə alan Türkiyə hökuməti bölgədə quru əməliyyatı keçirmək üçün 38 gün əvvəldən hazırlıqlara başlayıb. Suriya sərhədinə ordu cəlb olunub. Ayrıca, bu mövzuda Ankara son 12 gündə 9 dəfə Moskva ilə məsləhətləşib. Əməliyyatdan əvvəl Rusiyanın bölgədən öz hərbçilərini çəkməsi müzakirə olunub. Türk ordusunun keçirəcəyi əməliyyatın, ən az 70 gün davam etməsi gözlənilir.

Rus diplomatik mənbələrindən verilən məlumatlara görə, Ankara — Moskva danışıqlarında Afrinin sabit bir bölgə halına gətirilməsinə qərar verilib. Bunun üçün Türkiyə və Rusiya hərbçilərinin bölgənin təhlükəsizliyini birgə təmin etməsi razılaşdırılıb.

Afrində İdlib modeli tətbiq olunacaq. Buna dair danışıqların davam etdiyi vurğulanıb.

Xəbər lenti
0