BAKI, 25 aprel — Sputnik. "Separatçı PKK terror təşkilatı və bu təşkilatın Suriya və İraqdakı tərəfdarları ölkəmizin sərhəd təhlükəsizliyini ciddi şəkildə pozaraq, silah-sursat, partlayıcı maddə və terrorçu transferləri edir. Türkiyə Silahlı Qüvvələri bu kimi halların önünü kəsmək məqsədilə gecə yarıdan etibarən İraqın şimalındakı Sincar bölgəsinə daxil olaraq, orada hərbi əməliyyata başlayıb".
Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. "Suriya və İraqın şimalından ölkəmizə sızan terrorçular, bir neçə dəfə hərbi və polis məntəqələrimizə hücum edib, son olaraq da Diyarbəkirdə qazdıqları tunelə bomba yerləşdirərək terror aktı törədiblər. Türk ordusu bu cür halların bir daha təkrarlanmaması üçün var gücü ilə mübarizəsini davam etdirəcək" — deyə bəyanatda qeyd olunub.