CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar ASAN yenə bölgələrdədir

© Photo : TRENDSəyyar ASAN xidmət. Arxiv şəkli
Səyyar ASAN xidmət. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səyyar avtobuslar 5 iyun – 4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 14 iyun – 3 iyul Qazax şəhərində vətəndaşların xidmətində olacaqlar

BAKI, 29 iyun — Sputnik. Səyyar ASAN xidmət 29 iyun – 28 avqust Xaçmaz şəhərində, 29 iyun – 8 avqust Yevlax rayonunun Xaldan kəndində və 29 iyun – 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar avtobuslar 5 iyun – 4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 14 iyun – 3 iyul Qazax şəhərində vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir: 

Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Azərbaycana gəlmək istəyənlər üçün şad xəbər: indi bu çox asandır

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; 

Консультативное окно для курильщиков в Бакинском Центре ASAN Xidmət номер 1 - Sputnik Azərbaycan
CƏMİYYƏT
"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri bu tarixdə işləməyəcəklər

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0