CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri bu tarixdə işləməyəcəklər

© Sputnik / Murad OrujovКонсультативное окно для курильщиков в Бакинском Центре ASAN Xidmət номер 1
Консультативное окно для курильщиков в Бакинском Центре ASAN Xidmət номер 1 - Sputnik Azərbaycan
Abunə olmaq
29 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər

BAKI, 26 may — Sputnik. Respublika günü münasibətilə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində 28 may qeyri-iş günüdür.

"ASAN xidmət"in mətbuat xidmətin-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, 29 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, hazırda 11 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.

Xəbər lenti
0