Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Güclü tərləməni azaldan ucuz və təbii vasitələr

Abunə olmaq
Sizə güclü tərləməni azaldan ziyansız və effekti təbii vasitələri təqdim edirik

BAKI, 28 iyun — Sputnik. İsti havada tərləmə ciddi bir problemə çevrilir. Bəzi insanlar var ki, müxtəlif səbəblərə görə dezodorantlardan istifadə edə bilmir (allergiya, dəri problemləri və s.). Bu barədə saglamheyat məlumat verir.

Sizə güclü tərləməni azaldan ziyansız və effekti təbii vasitələri təqdim edirik.

1. Alma sirkəsi

Təbii alma sirkəsi insanı tərin xoşagəlməz qoxusundan xilas edir. Bunun üçün duş qəbul etdikdən sonra bədənin ən çox tərləyən hissələrinə (qoltuq altı nahiyələr, ayaqlar) alma sirkəsini çəkmək lazımdır.

2. Palıd qabığı dəmləməsi 

Bakıdakı bazarlardan birində kartof satışı, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ürəyin və böyrəklərin sağlamlığını istəyirsinizsə...

Palıd qabığı dəmləməsini (1 xörək qaşığı palıd qabığı + 1 stəkan qaynar su) ayaq vannaları üçün istifadə edin və duşdan sonra bədənin ən çox tərləyən hissələrinə çəkin.

3. Zəy

Zəy əla təbii dezodorantdır. Ev şəraitində 1 çay qaşığı zəy (toz şəklində) 1/2 stəkan suda həll olunur və duşdan sonra bədənin ən çox tərləyən hissələrinə çəkilir. Ayaqlarınız çox tərləyirsə, hər gün yatmazdan əvvəl zəy əlavə olunmuş ayaq vannaları edin. Belə ayaq vannaları pis qoxunu aradan qaldırır, ayaqların tərləməsini azaldır. Ayaqlar həddən artıq tərləyirsə, evdən çıxdıqda corablara zəy tozunu tökün.

4. Kosmetik gil

Kosmetik gilin istifadəsi də çox yaxşı effekt verir. Ağ, mavi və ya yaşıl gil suda həll olunur (xama kimi olmalıdır) və problemli sahələrə çəkilir. 30 dəqiqədən sonra dərini yaxşı yuyun. 

Xəbər lenti
0