Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ürəyin və böyrəklərin sağlamlığını istəyirsinizsə...

© Sputnik / Murad OrujovBakıdakı bazarlardan birində kartof satışı, arxiv şəkli
Bakıdakı bazarlardan birində kartof satışı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kartof bir çox vitamin, minerallar, qidalı liflər, nişasta və s. faydalı maddələrlə zəngindir.

BAKI, 21 noy — Sputnik. Kartof bütün dünyada ən çox yeyilən tərəvəzlərdən biridir. Dadlı və doyumlu kartof həmçinin çox faydalı məhsuldur. Bu barədə Sputnik saglamolun.az-a istinadən məlumat verir.

Kartof bir çox vitamin, minerallar, qidalı liflər, nişasta və s. faydalı maddələrlə zəngindir.

Kartof kaliumla xüsusilə zəngindir. Bu mikroelement böyrəklərin və ürəyin sağlamlığında xüsusilə böyük rol oynayır. Kalium orqanizmdən artıq mayeni xaric edir və bununla ürək və böyrəklərə düşən yükləmə azalır, onların fəaliyyəti yaxşılaşır, təzyiq normallaşır. Bütün bunlar, təbii ki, böyrək və ürəyin sağlamlığına çox müsbət təsir edir.

Həkimlər ürəyin və böyrəklərin sağlamlığını qorumaq üçün hər gün 1 qabıqda bişirilmiş kartofu yeməyi tövsiyə edirlər. Kartofu az suda və ya buğda bişirin və yeyin (duz vurmaq lazım deyil).

Xəbər lenti
0