CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı "Qul bazarı"nda insan dramı yaşanır

© Sputnik / Murad OrujovУже многие годы прямо на дорожной развилке круга третьего микрорайона существует рынок рабочих
Уже многие годы прямо на дорожной развилке круга третьего микрорайона существует рынок рабочих - Sputnik Azərbaycan
Abunə olmaq
Ucuz kafedə gündə cəmi bir dəfə borca yemək yeyən, 2 manatlıq zirzəmilərdə gecələyən kim, uşaqları ilə 4 kvadratmetrlik karton daxmada kirayənişin kimi yaşayan kim...

BAKI, 26 iyun — Sputnik. Artıq uzun illərdir ki, Bakıda, düz üçüncü mikrorayon dairəsindəki yolayrıcında xalq dilində "qul bazarı" adlandırılan işçi bazarı mövcuddur.

Sputnik Azərbaycan-ın məlumatına görə, öz evini təmir etdirməyə, yaxud yüklərini, mebelini daşıtmağa ucuz işçi qüvvəsi axtaranlar bura üz tuturlar.

Yüzlərlə kişi hər gün səhər tezdən hətta səhər yeməyini yemədən öz alətləri ilə birlikdə avtonəqliyyat körpüsünün altında dayanaraq ümidlə gözləyirlər ki, məhz bu gün kimdənsə yaxşı sifariş qəbul edəcək və uşaqlarına bir qədər ərzaq alacaq. 

© Sputnik / Murad OrujovÜçüncü mikrorayon dairəsindəki yolayrıcında xalq dilində "qul bazarı" adlandırılan işçi bazarı
Üçüncü mikrorayon dairəsindəki yolayrıcında xalq dilində qul bazarı adlandırılan işçi bazarı  - Sputnik Azərbaycan
Üçüncü mikrorayon dairəsindəki yolayrıcında xalq dilində "qul bazarı" adlandırılan işçi bazarı

Rəngsazlar, elektriklər, parketçilər, bənnalar və digər işçilərin də şikayət etdiyi kimi, sifarişlər elə də çox deyil. Hər 100 nəfərdən sadəcə 30 nəfər axşamlar evlərinə cüzi vəsaitlə gedə bilirlər.

47 yaşlı Məmməd Səmədovun sözlərinə görə, artıq ikinci həftədir ki, onun işi yoxdur. O, daşdöşəyəndir, keçmişdə sürücü olub. Öz vəziyyətindən çox narahatdır, çünki onun Bakıda yaşamağa yeri yoxdur. Hər gecə gecələmək üçün Papaninə gecəsi 2 manat olan hücrəyə gedir.

"Mənim ailəm Qəbələdə yaşayır. İki uşağım var. Hər ikisi Gəncə Dövlət Universitetinin pullu fakültəsində oxuyurlar. Yoldaşım da işləyir və 120 manat maaş alır" — deyə Səmədov şikayətlənir.

© Sputnik / Murad OrujovYüzlərlə kişi hər gün səhər tezdən öz alətləri ilə birlikdə avtonəqliyyat körpüsünün altında dayanaraq ümidlə gözləyirlər
Yüzlərlə kişi hər gün səhər tezdən öz alətləri ilə birlikdə avtonəqliyyat körpüsünün altında dayanaraq ümidlə gözləyirlər - Sputnik Azərbaycan
Yüzlərlə kişi hər gün səhər tezdən öz alətləri ilə birlikdə avtonəqliyyat körpüsünün altında dayanaraq ümidlə gözləyirlər

Qazancı olandan olana kişi evinə pul göndərir. Hərdən elə olur ki, evinə 50 manat göndərir, hərdən də 500 manat. Hər şey işdən asılıdır. Amma son vaxtlar iş, demək olar ki, yoxdur. Ona görə də borc hesabına qidalanır və gecələyir. Səmədov yalnız gündə bir dəfə, axşamlar yemək yeyir. Qüvvəsini itirməmək üçün sutkada bir dəfə ucuz kafedə nisyə yemək məcburiyyətindədir. İş düşəndə isə Səmədov borcunu ödəyir. 

Салим Муслимов, министр труда и соцзащиты населения Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
İşsizlik müavinəti üç dəfə artırılacaq

Onun həmkarı, məcburi köçkün Binnət Məmmədov da eyni vəziyyətdədir. Yaşının az olmasına baxmayaraq, o, 65-70 yaşlı qoca kimi görünür. Onun vəziyyətini ağırlaşdıran səbəblərdən biri də budur ki, başının üstündə damı və daimi gəliri yoxdur. Üstəlik üç uşaqdan birinə də aliment ödəməlidir: "Məhkəmə icraçıları deyirlər ki, əgər alimenti ödəməsəm, məni həbs edəcəklər. Mən nə edim, oğurluq edim?"

İşçilər həm də ondan narahatdırlar ki, ilbəil yaşa dolduqca, onlara tələbat da aşağı düşür. Gələn müştərilər də cavan ustaları seçirlər. Hesab edirlər ki, onlar işi daha tez başa çatdıracaqlar. Baxmayaraq ki, onların təcrübəsi elə də çox deyil.

İşin və yaşayış yerinin olmamasından demək olar ki, hamı şikayət edir. Məhz buna görə də onların çoxu fəhləlik etmək qərarına gəlib, çünki başqa sahədə onlara iş yoxdur. Onların çoxu ali təhsilli olsa da, özlərinin dediyi kimi, tanışları olmadığı üçün daimi iş tapa bilməyiblər. 

© Sputnik / Murad OrujovHər 100 nəfərdən sadəcə 30 nəfər axşamlar evlərinə cüzi vəsaitlə gedə bilirlər
Hər 100 nəfərdən sadəcə 30 nəfər axşamlar evlərinə cüzi vəsaitlə gedə bilirlər - Sputnik Azərbaycan
Hər 100 nəfərdən sadəcə 30 nəfər axşamlar evlərinə cüzi vəsaitlə gedə bilirlər

Eyni vəziyyətə Ağdam rayonundan məcburi köçkün düşmüş Ədalət Vəliyev də düşüb. Bütün bu illər ərzində cavan kişi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edərək mənzil almağa ümid edib. Axırıncı dəfə 2013-cü ildə etdiyi müraciət indiyə qədər cavabsız qalıb. Vəliyev artıq doqquzuncu ildir ki, körpünün altında dayanır. Ümidlə gəlib-gedən maşınlara baxır ki, bəlkə onlardan hansısa biri dayanacaq və o, heç olmasa, müvəqqəti iş əldə edəcək. Əvvəllər o, pirojki və tum da satıb. Heç bir işdən qorxub-çəkinmir.

Bu gün Vəliyevi evdə iki uşaq və həyat yoldaşı gözləyir. O, yaşadığı yeri ev adlandırmağın çətin olduğunu etiraf edir. Bu, kartondan qurulmuş 4 kvadratmetrlik bir sığınacaqdır. Amma başqa çarə yoxdur, bu, ən ucuz kirayə mənzillərdən biridir.

Devalvasiyadan sonra onların əməyinə tələbat da xeyli aşağı düşüb. Gün-gündən onlar daha az sifariş alırlar. Çünki adamlar artıq mənzillərini təmir etdirmək istəmirlər. 

Şıx qəsəbəsindəki istirahət mərkəzində tikilməkdə olan binada baş vermiş uçqun - Sputnik Azərbaycan
CƏMİYYƏT
Fəhlələrin ölümünə səbəb olan tikintinin "Green City"yə aidiyyatı yoxdur

İbrahim İbrahimov isə deyir ki, o, boş divarları saraya çevirmək qabiliyyətinə malikdir. Elektrik sistemini qurmağı, divarları suvamağı, kafel qoymağı, santexnika işlərini bacarır. Dediyinə görə, özü də bu işləri baha görmür: "Rəngsazlıq işlərinin kvadratmetrini 5 manata edirəm. Kafelin kvadratmetrini 8-10 manata qoyuram. Bir otağa elektrik çəkməyə görə 100-150 manat alıram".

Amma çoxprofilli usta olmasına baxmayaraq, digər yüzlərlə ustalar kimi o da içində drel və digər avadanlıqlar olan çemodanı ilə birlikdə körpünün altında oturur.

Ustalar arzu edirlər ki, gözəl günlərin birində məmurlar onların yanına gəlsin, onlarla maraqlansın və onları daimi iş və normal əmək haqqı ilə təmin etsin.

Xəbər lenti
0