Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyi cərrahiyyə əməliyyatı zamanı videoçəkilişlərə münasibət bildirdi

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidОперация в клинике, фото из архива
Операция в клинике, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyi həkimlərə əgər prosesə mane olursa, əməliyyatın videosunu özlərinin çəkməməsini tövsiyə edir

BAKI, 26 iyun — Sputnik. Səhiyyə Nazirliyi həkimlərə əgər prosesə mane olursa, əməliyyatın videosunu özlərinin çəkməməsini tövsiyə edir.

Bununla bağlı vəziyyəti Sputnik Azərbaycan-a AR Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Liya Bayramova şərh edib.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə həkimlərin cərrahiyyə əməliyyatını əks etdirən videogörüntülərə, həmçinin əməliyyatdan birbaşa transilyasiyalara tez-tez rast gəlinir.

Həkimlərin bu hərəkəti cərrahiyyə əməliyyatı kimi ciddi məsuliyyət tələb edən bir prosesə neqativ təsir göstərə, pasientin ölümü də daxil olmaqla bir çox mənfi nəticələrə səbəb ola bilər. Baxmayaraq ki, özəl klinikaların həkimlərinin məqsədi bu yolla daha çox müştəri cəlb etməkdir. 

Həkim. Stetoskop - Sputnik Azərbaycan
SƏHİYYƏ
Baş həkimlərə son xəbərdarlıq

Bütün bunlarla yanaşı Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinin işinə müdaxilə edə bilmir. Dövlət xəstəxanalarında isə məsələyə daha ehtiyatla yanaşılır.

Bayramovanın sözlərinə görə, həkimlərə öz əməliyyatlarının videoçəkilişlərini aparmaq qadağan edilmir. Lakin cərrah bu zaman pasientin üzünü nümayiş etdirməməli və xəstənin maraqlarına təsir göstərəcək informasiyaları verməməlidir. Eyni zamanda xəstənin adını da demək olmaz.

"İstənilən adam istədiyi hər şeyin videokadrlarını çəkə bilər, əlbəttə, əgər bu digər insanların heysiyyatına toxunmursa" — deyə Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

O, qeyd edib ki, hazırda əksər əməliyyat otaqlarında videokameralar quraşdırılıb. Bu, tələbələrin təhsili, mütəxəssislər arasında informasiya və təcrübə mübadiləsi məqsədilə edilir. Amma bütün bunlarla yanaşı, çəkiliş prosesi əməliyyatın gedişinə mane olmamalıdır.

Öz növbəsində Milli Məclisin deputatı Musa Quliyev deyib ki, qanunvericilikdə əməliyyat otaqlarında videoçəkilişlərə heç bir qadağa qoyulmayıb. Buna görə də, qaydalara əsasən çəkiliş qadağan edilmir, amma razılaşdırılır. Bu video pasientin şəxsiyyəti barədə məlumatların və üzünün təsvirinin verilməməsi şərtilə yayımlana bilər. 

Əməliyyat üçün istifadə olunan implantlar - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda plastik cərraha daha çox niyə müraciət edirlər?

Deputatın sözlərinə görə, bu cür materiallardan klinikalar reklam və dərs materiallarının keyfiyyətini yuxarı qaldırmaq məqsədilə istifadə edirlər. Pasientin sifətini ancaq onun razılığı ilə göstərmək olar.

"Digər tərəfdən, videoçəkiliş hər hansı problem yaranarkən və onun araşdırılması üçün zəruridir. O da var ki, əgər xəstənin vəziyyəti pisləşərsə və onu digər klinikaya köçürmək zərurəti yaranarsa, yaxud da taktiki müalicə üçün məsləhət lazımdırsa və s., bu kadrlar əhəmiyyətlidir" — deyə deputat əlavə edib.

Xəbər lenti
0