Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda plastik cərraha daha çox niyə müraciət edirlər?

© Photo : rabotenko.comƏməliyyat üçün istifadə olunan implantlar
Əməliyyat üçün istifadə olunan implantlar - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Ümumi cərrahların bir çoxu qısa müddətdə plastik cərraha çevrildi və nəticədə eybəcər işlər ortaya çıxdı"

Azərbaycanda plastik cərraha daha çox niyə müraciət edirlər?
BAKI, 15 sen — Sputnik. "Cərrahiyə əməliyyatlarını yalnız həyat üçün mühüm səbəblərdən keçirmək lazımdır. Nədənsə xoşu gəlmədiyi üçün əməliyyata girənlərə isə psixoloji dəstək göstərilməlidir".

Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Plastik əməliyyatlar dəbi və "plastik bum"un mənfi tərəfləri" mövzusunda keçirilən konfransda psixoloq Tariyel Faziloğlu belə deyib. Onun sözlərinə görə, Azərbaycanda plastik cərrahiyə bumu 2009-cu ildən sonra başlayıb: "İnsanlar artıq fiziki ehtiyaclardan çox sosial ehtiyaclara yönəlməyə başladılar. Bunun səbəbi komplekslər olub. İnsanların əksər hissəsi üç əsas sahədə kompleks yaşayırdı. Birincisi fiziki, ikincisi isə sosial görünüşdə özünü ehtiva edirdi. Buraya geyim tərzi və əhali arasında özünün təqdimatı aiddir. Bu, bahalı maşınlar və geyimlərlə özünü büruzə verirdi".

cərrahi əməliyyat - Sputnik Azərbaycan
HADİSƏ
On yeddi yaşlı qız əməliyyat zamanı öldü

"Üçüncüsü, insanların özlərini təqdim etmə kompleksləri vardı. Bu üç səbəb bum yaratdı və insanlar çox ciddi şəkildə plastik cərrahiyəyə pul xərcləməyə başladılar", — psixoloq qeyd edib.

T.l Faziloğlunun sözlərinə görə, məhz komplekslər insanları plastik cərrahiyə sahəsinə yönəldir: "Əvvəl Azərbaycan vətəndaşları plastik əməliyyat etdirmək üçün xaricə getməyə başladılar, sonra isə Azərbaycanda plastik cərrahların sayı sürətli şəkildə artdı. Ümumi cərrahların bir çoxu qısa müddətdə plastik cərraha çevrildi və nəticədə, eybəcər işlər ortaya çıxdı. Eyni zamanda, bu bum sosial-psixoloji cəhətdən də insanlara çox mənfi təsir göstərir".

© Sputnik / Murad OrujovPsixoloq Tariyel Faziloğlu
Psixoloq Tariyel Faziloğlu - Sputnik Azərbaycan
Psixoloq Tariyel Faziloğlu

Ekspert hesab edir ki, bu prosesin qarşısını almaq üçün cərrahiyə əməliyyatlarını yalnız həyati əhəmiyyətli səbəblər olduqda keçirmək lazımdır.

Tədbirdə iştirak edən plastik cərrah Araz Salmanovun sözlərinə görə isə, Azərbaycanda fəaliyyət göstərən plastik cərrahların çoxu bu sahəyə işsizlik səbəbindən gəlib: "Azərbaycanda özünü plastik cərrah adlandıranların böyük əksəriyyəti plastik cərrah deyil. Onların çoxu başqa ixtisaslardan və ya işsizlikdən bu işə girişmiş insanlardır və onların əllərindən çoxlu ploblemlər çıxır. Çünki bu insanlar nə etdiklərinin tam olaraq fərqində deyillər".

© Sputnik / Murad OrujovPlastik cərrah Araz Salmanov
Plastik cərrah Araz Salmanov - Sputnik Azərbaycan
Plastik cərrah Araz Salmanov

Ekspertin sözlərinə görə, Azərbaycanda müəyyən cərrahiyə sahələri üzrə uyğun qanunlar mövcud deyil: "Bu səbəbdən, üzün və cinsin dəyişdirilməsi əməliyyatları Azərbaycanda keçirilmir və ya keçirilsə belə, onlar gizli şəkildə baş verir".

Bəzi klinikaların reklamlarında etik qaydaların pozulması ilə bağlı jurnalistlərin sualına cavab verən A. Salmanov qeyd edib ki, Azərbaycanda tibbi reklamı qadağan etmək lazımdır: "Hesab edirəm ki, bu tipdə reklamlar ümumiyyətlə qadağan olunsa, daha yaxşı olar. Onda klinikalar arasındakı rəqabətə xəstələrin rəyləri daha çox təsir edəcək. Xəstələr özləri klinikaların necə olduqlarını reklam edəcəklər".

"Bundan başqa, Azərbaycanda tibbi sığorta problemi var. Bu, böyük həcmdə pul və vaxt tələb edən çətin və riskli əməliyyatların keçirilməsinə mane olur. Sığorta problemi həll olunsa, riskli əməliyyatlara daha çox maraq yaranacaq", — deyə ekspert əlavə edib.

Xəbər lenti
0