BAKI, 21 iyun — Sputnik. Xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilib. Bu barədə APA-ya Respublika Diaqnostika Mərkəzindən xəbər verilib.
Xəstəxanadan bildirilib ki, Qəndab Quliyeva iyunun 16-da xəstəxanaya yerləşdirilib:
"Qorxulu, ciddi mənada narahatlıq yaradan problem olduğunu deyə bilmərik. Artıq beş gündür xəstəxanada müalicə alır. Əvvəl palataya yerləşdirilmişdi, bu gün isə reanimasiyaya köçürülüb".