SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevdən vətəndaşların həyatını asanlaşdıracaq daha bir addım

© AZƏRTACПрезидент Ильхам Алиев принял участие в открытии новой дороги в Баку
Президент Ильхам Алиев принял участие в открытии новой дороги в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlərdən biridir

BAKI, 25 iyun — Sputnik. Bu gün  Azərbaycan prezidenti İlham Əliyev Bakıda Yusif Səfərov küçəsinə paralel salınan yeni yolun açılışında iştirak edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına yeni yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, üç hərəkət zolaqlı yolun inşası zamanı layihəyə uyğun olaraq yolboyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb. Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun hər iki tərəfində səkilər salınıb, müasir işıqlandırma dirəkləri qoyulub. Layihə çərçivəsində burada avtobus dayanacağı quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə, eyni zamanda, qısa vaxtda yerinə yetirilib. 

Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisi xırda xətanı nazir səviyyəsinə necə qaldırdı?

Xatırladaq ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət başçısı tıxacların aradan qaldırılmasında yeni yolun əhəmiyyətini vurğulayıb. Bu layihənin icrası yeni yolların salınması ilə bağlı Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlərdən biridir. Eyni zamanda, bu cür tədbirlər paytaxtımızın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, Bakı şəhərində tıxacların aradan qaldırılması baxımından da çox önəmlidir.

Yeni yol avtonəqliyyat vasitələrinin birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyeva küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət etməsinə əlverişli imkan yaradır. Həmçinin Heydər Əliyev prospektindən gələn sürücülər Yusif Səfərov küçəsinə daxil olmadan metronun 28 May stansiyası və Heydər Əliyev Sarayı istiqamətinə rahat hərəkət edəcəklər. Beləliklə, bu yolun istifadəyə verilməsi Yusif Səfərov küçəsində tıxacların yaranmasının qarşısını alacaq.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Xəbər lenti
0