Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Atasının ölümü azmış kimi, qələbəsini də əlindən aldılar

© Sputnik / Murad OrujovКвалификационный этап Гран-при Азербайджана "Формулы-1"
Квалификационный этап Гран-при Азербайджана Формулы-1 - Sputnik Azərbaycan
Abunə olmaq
Dünənki qələbəsini atasının ölümünə həsr edən pilot cəzalanaraq ikinci oldu

BAKI, 25 iyun — Sputnik. Bakıda Formula 2 üzrə ikinci yarışa (8-ci mərhələ) yekun vurulub. Sputnik Azərbaycan xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 yarışında 10 komandanın 20 pilotu birincilik uğrunda mübarizəyə qoşulub. Yarışı qəza törədərək iki pilot vaxtından tez bitirsə də, 18 pilot sona kimi mübarizə aparıb. 

Dünənki yarışın qalibi və qələbəsini atasının ölümünə həsr edən “PREMA Racing” komandasının pilotu Şarl Lekler bugünkü yarışı lider kimi başa vursa da, sarı bayraqlar zamanı bolidin sürətini aşağı salmadığı üçün hakimlər tərəfindın onun vaxtına 10 saniyə əlavə edilib. Bu da ona mərhələnin qalibi olmağa imkan verməyib. 

Yarışın qalibi isə "Pertamina Arden" komandasının pilotu Norman Nato (40:37:601) olub. Üçüncü  pilləni isə Nikolas Latifi tutub.

Xəbər lenti
0