Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Twitter-dəki haştaqlara görə "AzerbaijanGP" dünyada birinci yerdədir

© Sputnik / Murad Orujov"Формула-1" в Баку: тройка победителей
Формула-1 в Баку: тройка победителей - Sputnik Azərbaycan
Abunə olmaq
Azad Rəhimov: "Hazırda Twitter-dəki haştaqlara görə "AzerbaijanGP" dünyada birinci yerdədir, "Bakı" isə 4-cü sırada yer alır"

BAKI, 25 iyun — Sputnik. Gənclər və idman naziri Azad Rəhimov Formula 1 üzrə Azərbaycan Qran Prisini dəyərləndirərkən deyib ki, Qran Pri gözlənildiyi kimi, yüksək səviyyəli təşkilatçılıqla müşahidə olunub.

"Hər şey əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun həyata keçirildi. Bu, bizim ilk qələbəmizdir" — deyə nazir bildirib.

Формула-1 в Баку: тройка победителей - Sputnik Azərbaycan
İDMAN
Formula 1 Azərbaycan Qran Prisinin qalibi bəlli oldu

Sputnik Azərbaycanın məlumatına görə, nazir deyib ki, 2016-cı ildə Azərbaycanda keçirilən Avropa Qran Prisi ilə müqayisədə bu il turist sayında 25-30 faizə qədər artım olub:

"Statistikasına baxsaq, bütün biletlərin satıldığını görərik. Bununla bağlı rəsmi rəqəmlər yaxın günlərdə mətbuata açıqlanacaq. Bu da bizim böyük uğurumuzdur".

Belə bir yarışda adətən maraqlı məqamların da olduğunu vurğulayan Azad Rəhimov, hazırda Twitter-dəki haştaqlara görə "AzerbaijanGP" dünyada birinci yerdədir. "Bakı" isə 4-cü sırada yer alır.

"İndi Azərbaycanın ABŞ-dakı səfiri ilə əlaqə saxladım. Bugünə qədər Azərbaycanla bağlı bir dənə də olsun məlumat verməyən NBC kanalı 3 saat paytaxtımızdan, təşkil etdiyimiz yarışdan danışıb. Qran Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik. Gələn il də belə maraqlı məqamlar olacaq" — nazir bildirib.

Qeyd edək ki, Azərbaycan Qran Prisini qalibi "Red Bull" komandasının pilotu Daniel Rikkiardo olub.

Xəbər lenti
0