BAKI, 25 iyun — Sputnik. Daha iki pilot üçün Formula 1 Azərbaycan Qran-Prisi bitdi. Sputnik Azərbaycan xəbər verir ki, ilk iki sərbəst yürüşün qalibi “Redd Bull”un pilotu Maks Ferstappen yarışla vidalaşmalı olub.
“Fronce İndia”nın pilotu Sergio Peres və “Ferrari” komandasının pilotu Kimi Raykkonen də yolda qəza törədərək yarışı yarımçıq saxlamalı olub.
Qeyd edək ki, “Renault”un pilotu Colion Palmer və “Toro Rosso”nun pilotu rusiyalı Danil Kvyat da eyni aqibəti yaşayıb. Beləliklə, yarışı 5 pilot vaxtından tez dayandırmalı olub.