BAKI, 24 iyun — Sputnik. Dünən baş tutan Formula-1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşləri zamanı “Mercedes” komandasının pilotu Valtteri Bottas qaydaları pozub. Sputnik Azərbaycan xəbər verir ki, pilot sürət həddini pozub və buna görə də cərimələnib.
Valtteri Bottas pit-yoluna saatda 90,4 kilometr sürətlə daxil olub. Lakin burada ən yüksək sürət həddi saatda 80 kilometr müəyyənləşib.
Azərbaycan Qran-Prisinin stüardlarının qərarına əsasən, “Mercedes” komandası min avro məbləğində cərimələnib.