BAKI, 24 iyun — Sputnik. Paytaxt Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü yekunlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, “Mercedes” komandasının pilotu Valterri Bottas 1 dəqiqə 42.742 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayaraq birinci olmağı bacarıb.
Lider pilotu 1:42.837 dəqiqəlik nəticə ilə "Ferrari" üzvü Kimi Raykkonen izləyə bilib. Üçüncü pillədə isə “Mercedes”in digər pilotu Luis Hamilton (1:43.158) qərarlaşıb.