Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya şöhrətli ulduzun bu qərarı həbslə nəticələnə bilər

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidPortuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu
Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu - Sputnik Azərbaycan
Abunə olmaq
Ronaldu İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib

BAKI, 23 iyun — Sputnik. “Real” (Madrid) futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib. 

APA-nın “Marca”ya istinadən verdiyi xəbərə görə, 32 yaşlı futbolçu iyulun 31-də öz mövqeyini məhkəmə qarşısında izah etmək niyyətindədir. Ronaldunun proseslə əlaqədar artıq “Baker & McKenzie” beynəlxalq hüquq şirkətinin iki vəkili ilə müqavilə bağladığı bildirilir.  

Qeyd edək ki, K.Ronaldu 2011-2014-cü illərdə İspaniyanın dövlət qurumlarına 14,7 mln. avro vergidən yayınmaqda şübhəli bilinir. 

Xəbər lenti
0