BAKI, 23 iyun — Sputnik. Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-prisi başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, əvvəl start xəttinə "Formula-2" pilotları çıxıblar.
Yarışda iştirak edən 11 komandanın 22 pilotu mübarizə aparır. Komandalar 45 dəqiqəlik sərbəst yürüşdən sonra çıxışlarını başa vurub.
Xatırladaq ki, komanda sürücüləri saat 15:00-da sabah keçiriləcək yarış üçün sıralama turuna da çıxacaqlar. Yekunda onların yarışa hansı yerdə başlayacağı müəyyənləşəcək.
Qeyd edək ki, "Formula-2" üzrə əvvəlki 6 yarışın qalibləri Şarl Lekler, Oliver Roland, Artem Markelov, Nobuharu Matsuşita və Nik Vries olub. Roland 6 yarış ərzində 4 dəfə podiuma çıxıb. Çempionatın lideri Lekler və Roland arasında 3 xal fərq var. Komandalararası çempionatda "Russian Time" və "DAMS" komandaları arasında 14 xal fərq mövcuddur.