CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident qadağanı təsdiqlədi

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində çıxışı
Prezident İlham Əliyevin qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklikləri təsdiqləyib

BAKI, 22 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna aşağıdakı dəyişikliklər edilib:

Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu bölgələrin din xadimlərindən şikayətlər daxil olur

1-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilib: "Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır".

21-ci maddənin üçüncü hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilib: "Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər".

24-cü maddənin ikinci hissəsi isə aşağıdakı redaksiyada verilib: "Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir".

Xəbər lenti
0