CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu bölgələrin din xadimlərindən şikayətlər daxil olur

© Sputnik / Orujov MuradПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Abunə olmaq
Hacı Salman Musayev qeyd edib ki, ötən il Yevlax, Ağsu, Kürdəmir rayonlarında din xadimlərindən şikayətlər daxil olub

BAKI, 24 may — Sputnik. "Bəzi dindarlar başqa ölkələrin təqvimini qəbul edib, həmin təqvimlə insanları yönləndirməyə çalışır. Buna icazə vermək olmaz. Bizim öz rəsədxanamız var və ay nə zaman görünürsə, Ramazan ayı da o zaman başlanır". Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı keçirdiyi tədbirdə QMİ sədrinin müavini Hacı Salman Musayev deyib.

Hacı Salmanın sözlərinə görə, dindarlar başa düşməlidir ki, hər ölkənin üfüqündə ay müxtəlif vaxtlarda görünə bilər: "Bizim üçün önəmli olan bizim üfüqdür. Bizim hesablarımız, təqvimimiz ən düz olanıdır. Şimali Qafqazın bir çox ölkələri bizə çox müraciət ediblər təqvimlə bağlı. Mənim yadımdadır ki, 87-88-ci illərdə biz təqvim almaq üçün Moskvaya gedirdik. İndi isə öz rəsədxanamızda düzgün hesablanaraq vaxt bizə bildirilir".

Salman Musayev həmçinin qeyd edib ki, ötən il Yevlax, Ağsu, Kürdəmir rayonlarında din xadimlərindən şikayətlər daxil olub: "Din xadimləri başqa ölkələrin təqvimini insanlara təlqin etməyə çalışıb. Düşünürəm ki, bu il eyni səhvləri təkrar etməzlər. Sonra bizə deyirlər ki, sizin işçiləriniz sizin təqvimə, fətvaya əməl etmir".

Xəbər lenti
0