Səudiyyə Ərəbistanında gözlənilməz "çevriliş": vəliəhd dəyişdi

© AFP 2024 / FAYEZ NURELDINE Наследный принц Саудовской Аравии Мухаммед бен Салман (второй слева), фото из архива
Наследный принц Саудовской Аравии Мухаммед бен Салман (второй слева), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kral qardaşı oğlunu tutduğu bütün vəzifələrdən azad edib, yerinə isə öz oğlunu təyin edib

BAKI, 21 iyun — Sputnik. Səudiyyə Ərəbistanında varis şahzadə Məhəmməd bin Nayifin yerinə Kral Salmanın oğlu, ikinci varis, 31 yaşlı şahzadə Məhəmməd bin Salman gətirilib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan "SPA"da nəşr olunan Kral Divanı fərmanlarına görə, birinci varis, baş nazir və daxili işlər naziri Məhəmməd bin Nayif bütün vəzifələrindən azad edilib.

Səudiyyə Ərəbistan - Sputnik Azərbaycan
Səudiyyə - İran münaqişəsi qaynar fazaya keçir

Müdafiə naziri Məhəmməd bin Salman birinci varis və Baş nazir olub. Məhəmməd bin Salman müdafiə naziri vəzifəsini də davam etdirəcək.

Fərmanla Səudiyyə Ərəbistanı kralının seçimini nəzərdə tutan konstitusiyanın 50-ci maddəsində dəyişiklik edilib. Dəyişikliyə görə, "Kral, qurucu lider Əbdüləziz bin Əbdürrəhman bin Səudun oğulları arasından seçilir'' maddəsi "Ölkəni idarə edəcək olan adam, qurucu lider Əbdüləziz bin Əbdürrəhman bin Səudun oğulları və nəvələri arasından seçilir" şəklində dəyişdirilib.

Qeyd edək ki, Məhəmməd bin Nayif hazırki kral Salmanın qardaşı oğludur. Kral Salman, Məhəmməd bin Salmanın bu axşam Məkkədə bağlılıq andı içməsi çağırışını edib.

Xəbər lenti
0