Səudiyyə - İran münaqişəsi qaynar fazaya keçir

© AP Photo / Hussein MallaSəudiyyə Ərəbistan
Səudiyyə Ərəbistan - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanı İran İnqilab Keşikçiləri Korpusunun 3 hərbçisini həbs edib

BAKI, 20 iyun — Sputnik. Səudiyyə Ərəbistanı, özünə aid ərazi sularında neft platformasına hücum etmələri ittihamı ilə, İran İnqilab Keşikçiləri Korpusunun 3 əməkdaşını həbs edib. Sputnik Azərbaycan "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı tərəfindən verilən açıqlamaya görə, iyunun 17-ə keçən gecə Səudiyyə Ərəbistanının ərazi sularında "El-Mercan" neft sahəsindəki platformaya qayıqlarla hücum cəhdi olub.

"Neft sahəsinə hücum təşkil etmək üçün sürətlə yaxınlaşan 3 qayığa dəniz qüvvələrimiz tərəfindən müdaxilə edilib, qayıqlardan ikisinin ərazidən uzaqlaşıb, digəri isə saxlanılıb. Saxlanılan qayıqda İran İnqilab Keşikçiləri Korpusunun 3 hərbçisi olub və onlar həbs edilib. Silah-sursatın da olduğu qayıqda tutulan şübhəlilərin sorğuları davam etdirilir" — açıqlamada bildirilir.

Xəbər lenti
0