BAKI, 21 iyun — Sputnik. İsmayıllıda velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi start götürüb.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, Gənclər və İdman nazirliyi ilə birgə təşkil edilən və 100-ə yaxın idmançının iştirak etdiyi yarışın ilk günündə velosipedçilər fərdi ötüşmədə mübarizə aparıblar. Qızlar — 10 km, yeniyetmələr (2003-2004) — 10 km, yeniyetmələr (2001-2002) — 10 km, gənclər — 25 km növlər üzrə mübarizə aparıblar.
Qeyd edək ki, iyunun 21-22-də velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar. Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.