CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisi açıqladı: Nigar Camal haqlı deyil

© Photo : Facebook / nigarjamal2011Певица Нигяр Джамал, фото из архива
Певица Нигяр Джамал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Dövlət Yol Polisi İdarəsi hesab edir ki, məşhur Azərbaycan müğənnisi onların əməkdaşlarına qarşı belə kobudluq etməməli idi

BAKI, 20 iyun — Sputnik. "Eurovision-2011"-in qalibi, məşhur Azərbaycan müğənnisi Nigar Camal bu dəfə ölkə gündəminə yeni layihələri, klip və mahnıları ilə deyil, Dövlət Yol Polisinin ünvanına sərt tənqidi ilə gəlib.

Onun narazılığına səbəb yol polisinin hər dəfə ona səbəbsiz yerə cərimə yazması olub. Müğənni iddia edib ki, o, Yol hərəkəti qaydalarını pozmur, lakin davamlı olaraq polisin haqsız cərimələri ilə üzləşir.

Camal yazıb ki, yollarda hərəkətin təhlükəsizliyi ilə məşğul olmaq əvəzinə, polis niyə gecə vaxtı və xüsusilə də xarici markalı avtomobilləri olan sürücüləri saxlayır və ləngidir?! Onun sözlərinə görə, polislər müxtəlif bəhanələr tapırlar — təhlükəsizlik kəmərinin taxılıb-taxılmadığına baxır, sənədləri yoxlayır, yaxud da sürücünün alkoqol qəbul edib-etmədiyini araşdırır. 

Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisi xırda xətanı nazir səviyyəsinə necə qaldırdı?

Camal qeyd edib ki, yol polisləri sürücülərə radarın qeydə aldığı qayda pozuntusuna görə cəriməsinin olduğunu xatırladırlar.

"Baxmayaraq ki, məndə həmişə hər şey qaydasında olur, amma onlar başlayırlar məni hədələməyə ki, maşınımı və Böyük Britaniyadan aldığım sürücülük vəsiqəsini alacaqlar. Məni üç yol polisi maşını saxlayıb. Axırda mən məcbur olub onlara bağırdım, çünki bu ədalətsizliyi qəbul edə bilmədim" — deyə Nigar Camal Facebook sosial şəbəkəsindəki statusunda yazıb.

Onu da vurğulayaq ki, səhər o, bu statusu silmək qərarına gəlib. Müğənninin yazdıqlarının nə dərəcədə həqiqət olduğunu müəyyən etmək üçün Sputnik Azərbaycan Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət edib. Onun sözlərinə görə, hazırda Camalın avtomobilinin hansı səbəbdən saxlanıldığı araşdırılır. Ona görə də, kimin günahkar olduğunu dəqiq deyə bilməyəcək. Lakin Əliyev qeyd edib ki, lap belə olmuş olsa belə, Camal yol polisi əməkdaşlarına qarşı kobud rəftar etməməli və bunu ümumi müzakirəyə çıxarmamalı idi.

"Əgər kiminsə, xüsusilə də ictimaiyyətin yaxşı tanıdığı şəxsin belə bir problemi yaranıbsa və əgər o, hesab edirsə ki, onu qanunsuz olaraq cərimələyiblər, onda Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərdi. Biz də problemi həll edərdik. Amma onun elədiyi düzgün hərəkət deyil" — deyə Əliyev bildirib. 

Сотрудники ДПС в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisi-sürücü dartışmasının yeni mövsümü başladı: ayağınıza diqqət edin

Əliyev hesab edir ki, əgər Camalın hansısa bir yol polisi əməkdaşı ilə fikir ayrılığı yaranıbsa, o, hirsini bütün işçilərin üstünə tökməməli və onlar haqqında qaba danışmamalıdır. Onun sözlərinə görə, Nigar Camal artıq uzun illərdir ki, "Make Roads Safe" ("Yolları təhlükəsiz edək") humanitar layihəsinin iştirakçısıdır və hətta yol təhlükəsizliyi qaydalarına aid bir neçə videoçarxa çəkilib.

Əliyev vurğulayıb ki, müğənni rus dilində yaxşı bildiyi üçün öz narazılığına da bu dildə ifadə edib. Amma unudub ki, bəzi sözləri Azərbaycan dilinə tərcümə edəndə təhqiramiz səslənir.

Yol Polisi nümayəndəsinin dediyinə görə, onlar yol polisinin nə qədər tez-tez yerli məşhurlarla problem yaşadığını aydınlaşdıracaqlar. Çünki bəzi məşhurlar hesab edirlər ki, əgər onlar ulduzdurlarsa, adi adamlardan fərqli olaraq onlara cərimə yazılmamalıdır.

Əliyevin sözlərinə görə, polis fərq qoymur, bu, məşhur müğənnidir, yaxud aktyordur. Çünki qanunlar hamı üçündür.

"Baş Dövlət Yol Polisi İdarəsinə ölkənin bütün vətəndaşları müraciət edə bilərlər və biz hər kəsin probleminə baxacağıq. Hər il bizim beş yüzə qədər əməkdaşımız müxtəlif səbəblərdən məsuliyyətə cəlb olunurlar" — deyə Əliyev əlavə edib.

Nigar Camalın statusunun tam mətni belə idi: "DYP — axır zamanlar çox qudurub! Daha susmaq istəmirəm. İdeal olmasa da, mən həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında, ümumiyyətlə, maşın sürmək mümkün deyil. Yolda "inomarka" görən kimi arxasınca sürüb, saxlatdırırlar. İlk olaraq, kobud tonda kəmərə ilişir, sonra da alkoqola. Əmin edirsən ki, alkoqol qəbul etməmisən, sənədlərin də qaydasındadır. Belə olanda da deyirlər ki, sizin bir cəriməniz var, maşınınızı cərimə meydançasına aparmalıyıq. "Cərimənizi ödəyin" demək əvəzinə, maşını aparmaq, sürücülük vəsiqəsini almaq istəyirlər. Mənim sürücülük vəsiqəm Böyük Britaniyaya aiddir, alsan, nə olacaq ki? Sadəcə, 20 dəqiqə yolda vaxt itirirsən. Səhər yenə saxlayırlar. Düşündük ki, yenə kəmərə ilişəcəklər. Amma bu dəfə qəsdən deyir ki, telefonla danışırdız. Soruşuram ki, siz telefonu harda gördüz? Deyir ki, əlinizdə tutmusuz. Telefonun arxa oturacaqda çantamda olduğunu göstərirəm. Çarəsiz qalanda da deyir ki bəs siz polisin "saxla" əmrinə vaxtında əməl etməmisiz. Kəmər, telefon, indi də sizin "müqəddəs çubuq"unuz? İzah edirəm ki, yolda maşın, onsuz da, çoxdu, mən diqqətimi sizin sifətinizə yox, yola yönəltməyə çalışıram. 100 manat cərimə yazmaq istəyəndə də deyirəm ki, bayaqdan sizi kamera çəkirdi. Bunu eşidən kimi dərhal danışıq tonu dəyişdi, üzündə gülüş, zarafat. Məni də xoşluqla buraxdılar".

Xəbər lenti
0