CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Direktor müavini: "Biz borclu şəxsi necə girov götürdük ki..."

CC0 / kherrmann / DialogueСотрудники в офисе, фото из архива
Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Banka borcu olan vətəndaşı girov götürdükləri deyilən şirkətdən açıqlama gəldi

BAKI, 20 iyun — Sputnik. Kollektorların növbəti özbaşınalığı Bakının Nəsimi rayonunda qeydə alınıb. Xaçmaz rayon sakinini hədələyiblər ki, əgər o, banka bir neçə yüz manat qaytarmasa, onu girov götürəcəklər. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Пистолет и боеприпасы к нему, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Kredit borcunu tələb edən mütəxəssisi öldürdü

Məlumdur ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Sadiqi Bəhruz Nazim oğlu müraciət edib. Kişi bildirib ki, onun "Unibank"a 637 manat borcu olub. İyunun 19-u saat 10:40-da onu Mir Cəlal küçəsi 18 ünvanda yerləşən Bakı Kollektor Agentliyinə çağırıblar.

Burada agentliyin işçiləri onun mobil telefonunu əlindən alaraq bildiriblər ki, bankın borcunu qaytarmadığı müddətdə onu girov saxlayacaqlar. Sonra onu həbs etdirəcəklərini deyiblər. Sonra kollektorlar pul tapmaq üçün Sadiqini buraxıblar. Kişi baş vermiş bu hadisədən dərhal sonra polisə müraciət edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, kollektorların hərəkətləri qanunsuzdur. Onların vətəndaşlara hədə-qorxu gəlmək, xüsusilə də borclulara münasibətdə hər hansı qanunsuz hərəkətlərə yol vermək ixtiyarı yoxdur. Hazırda 19-cu polis bölməsində faktla bağlı araşdırma aparılır.

Cinayət Məcəlləsi - Sputnik Azərbaycan
HADİSƏ
Kredit borcunu qaytarmayanlar məsuliyyətə cəlb olunub

"Xəzər" telekanalının əməkdaşları bu məsələ ilə bağlı Bakı Kollektor Agentliyinə müraciət etsə də, bu strukturun əməkdaşları onlara çəkiliş aparmağa icazə verməyiblər. Məsələ ilə bağlı Agentliyin direktor müavini Elnur Mustafayev Sputnik Azərbaycan-a bildirib ki, sözügedən şəxs 2014-cü ildən kredit borclarını ödəməyib.

"2015-ci ildə Xaçmaz Rayon Məhkəməsi Sadiqinin borclarını tez bir zamanda ödəməsi ilə bağlı qərar çıxarıb. 637 manat dəyərində krediti o, üç il ərzində geri qaytarmağa cəhd belə, etməyib" — Mustafayev qeyd edib.

Onun sözlərinə görə, Agentlik dövlət qeydiyyatından keçib və artıq 6 ildir ki, bu sahədə işləyir: "Biz Sadiqini ofisimizə çağırmışıq və danışmışıq ki, o, ayda bizə 50-100 manat ödəməklə borcu qaytarsın. O, bununla razılaşmışdı və bizim əlimizdə polisə verdiyimiz müvafiq akt da var".

Lakin Agentlik rəsmisi əlavə edib ki, Sadiqi kiməsə zəng edib və ofisdə öz dostlarını gözləməyə icazə istəyib: "Deyib ki, guya onlar bir neçə dəqiqədən sonra bütün borclarını gətirib qaytaracaqlar. Onun dostları gəlib və haray-həşir salaraq Agentliyi qəsbkarlıqda günahlandırıblar. Onlar 102-ni yığıblar və telekanalı çağırıblar".

"Biz onları sakitləşməyə çağıranda, Sadiqinin dostları hansısa kanalın əməkdaşları olduqlarını bildiriblər. Biz onlara deyəndə ki, məhkəmənin qərarı var, Sadiqi borcunu qaytarmalıdır, onlar dedilər ki, "Əgər belə igidsinizsə, gedin Qarabağı geri qaytarın". Bir sözlə, əgər biz, həqiqətən də Sadiqinin iddia etdiyi kimi onun telefonunu əlindən almışıqsa, o, dostlarını necə zəng edərək bizim ofisə dəvət edib? Onlar bizi təxribata çəkmək istəyirdilər, amma biz cavab verdik ki, "biz yalnız qanun çərçivəsində hərəkət edəcəyik". Hazırda bizi polisə çağırıblar və mən hər şeyi onlara ətraflı danışacam" — deyə Mustafayev bildirib.

"Bizim fəaliyyətimizə gəlincə, biz ciddi şəkildə qanunlar çərçivəsində işləyirik və ictimaiyyətə açığıq. Bizim fəaliyyətimizdə müştəriyə münasibətdə şantaj və təhdiddən söhbət gedə bilməz" — o, əlavə edib.

Xatırladaq ki, Sputnik Azərbaycan kollektorların özbaşınalıqları barədə dəfələrlə yazıb. Məşhur vəkil Əkrəm Həsənov bildirib ki, Azərbaycanda kollektorların köməyi ilə fiziki şəxslərə verilən istehlak kreditlərinin qaytarılması metodundan bütün banklar istifadə edir.

Xəbər lenti
0