Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kredit borcunu qaytarmayanlar məsuliyyətə cəlb olunub

© Sputnik / Anar MustafayevCinayət Məcəlləsi
Cinayət Məcəlləsi - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ildə 13560 iqtisadi cinayət hadisəsi baş verib

BAKI, 26 aprel — Sputnik. 2016-cı ildə 13560 iqtisadi cinayət hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bunlardan 12646-sı mülkiyyət əleyhinə olan cinayətlər, 7193-ü oğurluq, 325-i soyğunçuluq, 165-i quldurluq, 4373-ü dələduzluq, 148-i mənimsəmə və ya israf etmə, 442-si digər cinayət hadisələridir.

Камера в следственном изоляторе, фото из архива - Sputnik Azərbaycan
Bir ay ərzində rekord sayda cinayət törədilib

Həmçinin, ötən il iqtisadi fəaliyyət sahəsində 914 cinayət hadisəsi baş verib. Bunlardan 33-ü saxta pul və qiymətli kağızlar hazırlama və ya satma, 285-i qaçaqmalçılıq, 356-sı vergi ödəməkdən yayınma, 22-si istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, 37-si qanunsuz sahibkarlıq, 4-ü kreditor borclarını ödəməkdən qəsdən yayınma, 177-si digər cinayət hadisəsi baş verib.

2016-cı ildə 3478 nəfər iqtisadi sahədə cinayət törədib. Bunlardan 3153 nəfəri mülkiyyət əleyhinə olan cinayət, 1966-sı oğurluq, 136-sı soyğunçuluq, 105-i quldurluq, 734-ü dələduzluq, 83 nəfəri mənimsəmə və ya israf etmə, 129 nəfəri isə digər cinayətlər üzrə qeydə alınıb.

2016-cı ildə 325 nəfər iqtisadi fəaliyyət sahəsində cinayət törədib. Onlardan 25 nəfər saxta pul və qiymətli kağızlar hazırlama və ya satma, 99 nəfər qaçaqmalçılıq, 83 nəfər vergi ödəməkdən yayınma, 6 nəfər istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, 4 nəfər qanunsuz sahibkarlıq, 3 nəfər kreditor borclarını ödəməkdən qəsdən yayınma və 105 nəfər isə digər cinayətlər üzrə müəyyənləşdirilib.

Xəbər lenti
0