BAKI, 20 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 21-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə: İyunun 23-dək Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü fonunda gündüz komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.