BAKI, 14 iyun — Sputnik. Son zamanlar dünyanın, eləcə də Azərbaycanın hər yerində yağışların miqdarı artıb. Sən demə, bu təbiət hadisəsinin ciddi səbəbi var imiş.
Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən xəbərinə görə, ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) ekspertləri bildiriblər ki, meteoroloqların bu gün Yerə düşən yağıntının miqdarına dair hesablamaları düzgün deyil. Amerikalı alimlər qeyd ediblər ki, sinoptiklər tropik üzərindəki yüksək buludların ixtisarını nəzərə almırlar.
Məqalə müəlliflərinin sözlərinə görə, Yer kürəsində baş verən iqlim dəyişiklikləri kifayət qədər qlobaldır. Qlobal istiləşmə fonunda havanın temperaturunun yüksəlməsi nəticəsində hava axınında da temperatur dəyişir və bu, yağıntının miqdarının yüksəlməsinə səbəb olur.
Hazırda NASA tədqiqatçıları bu problemi öyrənmək üçün sözügedən təbiət hadisəsinin öyrənmə metodlarını təkmilləşdirirlər. ABŞ aerokosmik qurumunun alimlər komandasının işinin nəticəsini yayımlayan "Nature Communications" elmi jurnalının yazdığına görə, məhz tropik üzərindəki yüksək buludlar bizim planetdəki iqlim dəyişikliklərinin düzgün proqnozlaşdırılmasına yardım edəcək.